Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə görüş keçirib.
XİN-in mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinin hazırkı durumu ilə bağlı müzakirə və fikir mübadiləsi aparılıb.