Elmar Məmmədyarov Moldovanın xarici işlər naziri ilə görüş keçirdi

Elmar Məmmədyarov Moldovanın xarici işlər naziri ilə görüş keçirdi
Bütün Xəbərlər
18:36 18.01.2012
954

Moldovalı rəsmi ölkəsinin Azərbaycanla enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayıb

Xarici işlər naziri Elmar Məmmədyarov Moldova Respublikasının Xarici İşlər və Avropa İnteqrasiyası Naziri İuri Leanka ilə görüş keçirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan məlumata görə, Elmar Məmmədyarov Azərbaycanla Moldova arasında münasibətlərin müxtəlif sahələrdə yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq, iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini qeyd edib.

Moldovalı rəsmi ölkəsinin Azərbaycanla enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayıb. Nazir Elmar Məmmədyarov Moldovalı həmkarına regional enerji layihələri və regional əməkdaşlıq barədə məlumat verib.

Tərəflər GUAM çərçivəsində əməkdaşlığın genişləndirilməsin vacibliyini vurğulayıblar.

OXŞAR XƏBƏRLƏR