Azərbaycanın sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı məlumat yayılıb.
AZXEBER.COM xəbər verir ki, Unikal.org-a açıqlama verən E.Məmmədyarov yayılan məlumatın həqiqəti əks etdirmədiyini bidlirib:
"Haqqımda yayılan məlumat yalandır. Şüvəlandakı bağımda oturmuşam. Həmçinin ölkədən çıxmağa və getməyə də yerim yoxdur. Pandemiya vaxtı hara gedirəm? Onu da deyim ki, İstintaqa çağrılmamışam".