Elmar Məmmədyarovun Parisə səfəri başlayır

SİYASƏT
16:54 23.01.2014
958
Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri ilə görüşəcək. 
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin verdiyi məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov artıq Fransanın paytaxtı Parisə yola düşüb.Elman Abdullayev bildirib ki, nazirin Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə, həmçinin yanvarın 24-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşü nəzərdə tutulub. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair müzakirələr davam etdiriləcək.

OXŞAR XƏBƏRLƏR