Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin verdiyi məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov artıq Fransanın paytaxtı Parisə yola düşüb.Elman Abdullayev bildirib ki, nazirin Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə, həmçinin yanvarın 24-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşü nəzərdə tutulub. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair müzakirələr davam etdiriləcək.