Rio-2016 Yay Olimpiya Oyunlarında cüdo üzrə yarışlar davam edir.
AZXEBER.COM xəbər verir ki, Azərbaycan yığmasının üzvü Elmar Qasımov 100 kq çəki dərəcəsində mübarizəyə başlayıb.
1/16 finalda təmsilçimizin ilk rəqibi son Olimpiya çempionu rusiyalı Taqir Xaybullayev olub. Rəqibinə vaza-ari və yuko xalı ilə qalib gələn təcrübəli cüdoçumuz 1/8 finala vəsiqə qazanıb.