Elmar Vəliyev xalq artistinə ev verdi- FOTOLAR

Elmar Vəliyev xalq artistinə ev verdi- FOTOLAR
Bütün Xəbərlər
20:03 19.03.2015
4329
Bu gün YAP Gəncə şəhər Təşkilatının Qərargahında şəhər fəallarının yığıncağı keçirilib.

AZXEBER.COM-a daxil olan məlumata görə, yığıncaqda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhər rəhbəri icra strukturunda yeni təyinatlar haqqında məlumat verib. Elmar Vəliyev onları təbrik edərək, məsuliyyətli işlərində uğurlar arzulayıb.

Yığıncaqda Gəncə Dövlət Dram Teatrının aktyoru, Azərbaycanın xalq artisti, “Qızıl Dərviş” mükafatçısı Məmmədəli Balayevə 75 illik yubileyi münasibəti ilə ikiotaqlı mənzilin açarı təqdim edilib.

M.Balayev bunu bayram töhvəsi olaraq dəyərləndirib və İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.

OXŞAR XƏBƏRLƏR