Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev təbii fəlakətdən ziyan çəkmiş sakinlərin evlərinə baş çəkib.
AZXEBER.COM xəbər verir ki, tam qəza vəziyyətində olan evlərin sakinləri müvəqqəti olaraq başqa evlərə yerləşdirilir.
Təbii fəlakət nəticəsində dam örtüyü sıradan çıxıb ictimai və fərdi yaşayış evlərində yeni dam örtüklərinin qurulması işi isə uğurla həyata keçirilir.
Gəncə şəhər İcra Hakimiyyətinə edilmiş bütün müraciətlər araşdırılır və vətəndaşlara lazimi köməklik göstərilir.
Fövqəladə Hallar Nazirliyinin xüsusi komissiyası şəhərə dəymiş ümumi ziyanı hesablayır.
Təbii fəlakət nəticəsində təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin binalarına da ciddi ziyan dəyib.



