Elmi araşdırma tək vaxt keçirməyin insanlar üçün faydalı ola biləcəyini göstərib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, alimlər tənhalığın müasir həyatın təzyiqini yüngülləşdirdiyini söyləyərək, insanların özünü daha azad hiss etməsinə kömək edə biləcəyini irəli sürüblər.
Araşdırma üçün üç həftə ərzində 178 nəfərin sosial vərdişləri izlənilib. İştirakçılardan üç həftəlik gündəlik tutmaq, başqa insanlarla üz-üzə təmas etmədən və ya sosial media və ya e-poçt kimi rəqəmsal vasitələrlə onlarla danışmadan hər gün tək keçirdikləri saatları izləmələri istənilib.
Nəticələrə görə, insanlar tək başına nə qədər çox vaxt keçirsələr, stress səviyyələri bir o qədər azalır.
Bununla belə, tədqiqatçılar şüurlu şəkildə təkliyi seçənlərin xoşbəxt olduğunu müəyyən ediblər.
Bu o deməkdir ki, bir çox insanlar sağlamlıqlarına heç bir şəkildə təsir etmədən özləri üçün xoşbəxtliklə vaxt keçirə bilərlər.
Ayşən