Elmin İsayev sosial şəbəkələrdən yazdı (KÖŞƏ)

Elmin İsayev sosial şəbəkələrdən yazdı (KÖŞƏ)
KÖŞƏ
02:37 28.08.2011
2995

Elmin İsayev Bu dəfə sizlərə internet, sosial şəbəkə və bundan istifadə edən cəmiyyətimizdən danışmaq istəyirəm. Bü gün, yəqin ki, elə adam yoxdur ki, internetdən istifadə etməsin. Təbii ki, hər kəs internetdən eyni məqsədlə istifadə etmir. Bəzi insanlar internetdən müəyyən məlumatlar əldə etmək üçün, bəzi insanlar isə vaxtlarını keçirmək üçün istifadə edirlər. Mənim özüm də hər bir gənc kimi internetdən istifadə edirəm. Müasir dövrdə hər kəs can atır ki, internetdən istifadə edə bilsin. Belə ki, internet bir dəryadır və orada hər bir şey haqqında məlumatlar var. Amma hər bir şeyin müsbət cəhətləri olduğu kimi, mənfi cəhətləri də vardır. İnternetin də həm müsbət, həm də mənfi faktorları vardır. Mənim sizinlə bölüşmək istədiyim əsas faktor internetdə sosial şəbəkələrdir. Bu gün gənclərimizin çoxu sosial şəbəkələrdən istifadə edirlər. Əsas sosial şəbəkələrə baxdıqda “Facebook”, “Odnoklassniki”, “Vkontakte”, “Twitter” və s mövcuddur. Mənim özüm də bu sosial şəbəkələrdən istifadə edirəm. Sosial şəbəkədən istifadə etməyin yaxşı cəhətləri vardır. Belə ki, bu il ,yəni 2011-ci ildə ərəb ölkələrində baş vermiş üsyanlar və onların təşkilatçıları əsas etibarilə xalqı sosial şəbəkə üzərindən məlumatlandırmışdılar. Belə ki, Misir, Liviya, Tunis və s kimi ərəb ölkələrində xalqı məhz sosial şəbəkələr vasitəsilə ruhlandırmışlar. Düzdür, bizim ölkədə də bunun kimi əməllər törətməyə cəhd göstərildi, amma bu baş vermədi. Amma gəlin reallığa baxaq ki, bu sosial şəbəkələrdən insanlar boş vaxtlarını keçirmək üçün istifadə edirlər. Belə ki, bir gənc bütün günü evdə boş oturur və bu zaman interneti açaraq sosial şəbəkələrdən birinə daxil olur və insanlarla danişmağa və belə deyək tanış olmağa çalışır. Gənclərdən soruşanda isə belə cavab verirlər ki, yeni dostlar tapmaq üçün sosial şəbəkədən istifadə edirəm. Amma bir reallıq var ki, bu gün heç əsl dostluq yoxdur. Digər bir məsələ isə gənclərimiz sosial şəbəkədən istifadə etməklə qarşıdakı insana yalan danışırlar. Bu istər oğlan olsun, istərsə də qız olsun heç bir fərqi yoxdur. Belə ki, qız və oğlan sosial şəbəkədə danışırlar və qarşıdakı insana güvənmədiyinə görə başlayır ya adını, ya yaşını yalan deməyə və beləliklə yalan həyat dövranı başlamış olur. Sosial şəbəkədən istifadənin bir başqa yönü qızla oğlanın tanışlığıdır. Belə ki, qızla oğlan sosial şəbəkədə tanış olmağa başlayırlar. Bir müddətdən sonra isə qızla oğlan virtual həyatdan qopub, real həyatda görüşməyə başlayırlar. Daha sonra nə baş verir? Ayrılırlar. Düzdü indi deyəcəksiz ki, yox, ele adam tanıyıram ki, internet üzərindən tanış olublar və hal-hazırda evləniblər. Ola bilər. Amma istisnalardır bu. Çünki çoxluq olaraq ayrılırlar. İnternetin və sosial şəbəkələrin mövcud olması insanlarda kitab oxumağa maraq saxlamayıb. Belə ki, bir gənc məktəbdən və ya universitetdən evə gələn kimi kompyuteri açır və gecə saat 12-yə kimi sosial şəbəkədə olur. Əgər bura sərf etdiyi vaxtda bir kitab oxusa, təbii ki, həyatda çox şey öyrənmiş olar. Düzdür, indi deyəcəksiniz ki, electron kitablar var. İnternetdən hansı kitabı istəyirsən onu oxumaq mümkündür. Amma inanın, çox insan internetdən kitab oxumaq üçün istifadə etmir, əsas məqsəd ya oyun oynamaqdır ya da sosial şəbəkədə yazışmaqdır. Bu gün müşahidə etsək görərik ki, hələ ikinci sinif uşaqları internet klublarına gəlirlər və orada oyunlar oynayırlar. Daha sonra altıncı sinfə gəldikdə isə həmin uşaq artıq oyun oynamaqla birlikdə sosial şəbəkələrin birinə üzv olub və gənclərimizin dili ilə desək artıq yeni dostlar tapmağa başlayır. Tapması bir yana, hətta elə uşaqlar var ki yaşları 11 və ya 14 olduğu halda yaşlarını 20 və ya 22 olaraq qeyd edirlər və bu da yalan danışmağa gətirib çıxarır. Oyun oynamaq məsələsi ilə bağlı sosial şəbəkələrin birində qızla söhbət edirdim və qız mənə dedi ki, həyat yoldaşımın 30 yaşı var və hələ də internetdə oyun oynayır. Həmin qız mənə həyat yoldaşının ailəsinə heç bir qayğı göstərmədiyini və bütün günü işdən gəldikdən sonra oturub saatlarla oyun oynadığını bildirdi. Bu onu göstərir ki, insanlar oyunlar oynamaqla oyunu həyatının bir parçası edir. Son olaraq bəzi araşdırmalar və sorğular haqqında məlumat vermək istəyirəm. Belə ki, “Virtual əlaqə, münasibətlər real həyatdakı ilə qarşılaşdırıla bilərmi?” Sorğusu aparılmışdır. Sorğu nəticəsində sosial şəbəkələrin saytlarının aktiv iştirakçılarının 40 %-i virtual əlaqəni real həyatdakı əlaqəyə bərabər hesab etsələrdə, bu barədə heç məlumatı olmayan şəxslər arasında bu göstərici 26 %-dən azdır. İstifadəçilərin 14 %-i qeyd etmişlər: "Mən şəbəkədə dostlar ilə dialoqdan daha çox məmnun qalıram, nəinki real dünyada dialoqdan". Şəbəkə dostluğunun tərəfdarları ən çox Birləşmiş Ərəb Əmirliyində (37 %), İndoneziyada (36 %) və Tayvanda (21 %) qeydə alınmışdır. Görəsən, Azərbaycanda bu göstəricilər nə qədərdir? Hətta sosial şəbəkə haqqında lətifə belə varmış. - Müttəhim, siz qeyd edirsinizmi ki mərhumu əvvəllər tanımamısınız? - Bəli, elədir tanımamışam! - Bəs onda niyə qurbanın fotoşəkili sizin "Odnoklassniki.ru-da" dostlarınız arasındadır?

OXŞAR XƏBƏRLƏR