“Bu və belə-destruktiv mövzularda danışmağa heç könlüm olmadığından, ancaq üç sayta açıqlama verəcəm və bunlardan biri AZXEBER.COM-dur. Bununla da belə mövzulara özüm üçün nöqtə qoyuram . Ümumiyyətlə, məni cəmiyyətimizdəki bu diqqət təəccübləndirir. İnsanlar əsas məsələləri kənara qoyub , həmişə skandallı , səs-küylü məsələlərlə maraqlanırlar. Özü də , ələlxüsus əgər kimsə ajiotajı sevmirsə , şoudan uzaq həyat yaşayırsa , belələrini daha çox hədəfə alırlar. Məsələn, bir ara filmlə bağlı saç düzümümü dəyişməli olmuşdum , hətta verilişlərə zəng vuranları da maraqlandıran bu idi . Obraza uyğun olmaqçün , artıq çəki aldım , hamı bunu soruşmağa başladı , sonra yenə də əvvəlki vəziyyətimə qayıtdım – saçımı , əvvəlki çəkimi aldım , dedilər niyə arıqlayıb. Belə məqamlarda , Alla Puqaçevanın “Jivi spokoyno , strana” mahnısı yadıma düşür . Sanki söz-söhbəti sevmirəm deyə , elə acıqcan ,qalmaqallı məsələləri də mənə sırımaq istəyirlər. Baxın, verilişdən Günay xanım , Səbinə xanım kimi məndən daha maraqlı olan insanlar getdi , o qədər də diqqət yetirmədilər . Düzdür adlarını çəkdiyim xanımlar skandaldan , səs-küydən uzaq insanlardırlar amma onların iştirakı mənimkindən daha önəmli olduğundan sadəcə sual yaradardı . Niyə məhz bu verilişdə olmamağım və bu türlü məsələlər ancaq insanları bu qədər maraqlandırır . Niyə indiyə kimi heç kim məndən soruşmur ki , “bu qədər elmi işin barədə danışırsan, mövzun nədir?” yaxud da bu dəqiqə gənclərimiz , yeniyetmələrimiz çox təhlükəli qeyri-ənənəvi sektaların və cərəyanların təsirinə düşürlər və heç kim bu gənclərə qarşı olan biganəliyin psixoloji səbəbləri ilə də maraqlanmır. Ümuməm “qovulmaq” məsələsi öz-özlüyündə sadəcə absurddur.Çünki , mən o proektin işçisi deyildim ki, uzaqlaşdırılam-sadəcə müstəqil bir ekspert idim və bu müstəqilliyim də həmişə öz mövqeyimi təqdim etməyə xidmət edib. İkincisi də orada gördüyümə əsasən heç oradan QOVULAN kiminsə olduğunu görmədim. Sadəcə insan özü abu-havanı hiss eləyir və gedən kimsə artıq qalmağına lüzum görmür ( mənim oradakı müşahidəm belədir ). Açığı “Onun yarısı” proektiylə deyikli deyildim ki, verilişlə də simbioz deyildik ki. Əgər layihənin rəhbərləri də açıqlama verməyə lüzum görsələr , düşünürəm ki, fərqli fikir səsləndirməzlər. Ancaq ümumən telekanallarla münasibət mövzusuna çox önəmli bir hadisəylə bağlı , sentyabrın 16-dan sonra müfəssəl açıqlama verəcəm və bu Həqiqətən Şok!!! olacaq. Bilirsiniz, həmişə mübahisələrdən yayınıram amma bu falçılıq məsələsində düşünürəm ki, biganə qalmamalıyam. İndiki zəmanədə belə şeylərin ardınca getməyi doğru sanmıram.Onsuz da çeşidli fallar ( fərq etməz , bu kart olsun , ulduzlar-astrologiya olsun , ya ekstrasensler olsun ) insanlara gələcəklərini demir , əksinə proqramlaşdırır. Onlar qabiliyyətlə Pifiya olmurlar. Əgər belədirsə nəyə görə bu işi özümüz ağılla, imanla görməməliyik ki?. Məncə gələcəyi öyrənməyə çalışmaq lazım deyil ( bu böyük günahdır ) gələcəyi dəyişmək lazımdır. Xeyir əməllərimizlə, müsbət fikirlərimizlə. Ancaq pozitiv düşüncə, xeyirxah niyyət , savab əməllər bizim bu günümüzü də, sabahımızı da düzəldə bilər . Bu öncəgörücülüyə üç növ yanaşma mümkündür:
1) İlahi 2) Elmi ( ALLAHın mövqeyi ilə elmin mövqeyi eynidir və biri-birini təsdiqləyir ) və 3) Parapsixoloqların öz yanaşması
Şəxsən mən özüm üçün ilk iki yolu seçmişəm və təbliğ edirəm ( bir psixoterapevt kimi bu mənim borcumdur ). Həmişə deyirəm ki , mən özümü mömin saymıram amma müsəlmanların bu məsələlərə biganə qalmağı məni təəccübləndirir və bu səbəbdən deyirəm ki, bizdə özünü müsəlman adlandıran insanların çoxunun səmimiliyinə inanmıram. İstədiyiniz akademikin elmi kitabı, ensiklopediyanı açıb parapsixologiya və onun digər növlərinə ( ekstrasensorika , astrologiya , kart falı və s. ) elmin münasibətini öyrənə bilərsiniz. Xarakterimdə hər bir şəxsə hörmət əsas olduğundan , özümə qarşı da bunu gözləyirəm. Bu səbəblərdən iştirak etdiyim söhbətlərdə həmişə çox korrektcəsinə ( digər tənqid edənlərdən fərqli olaraq ) heç kimin şəxsiyyətinə toxunmadan ( ümumən kimdəsə sübut varsa mənim təhqirli münasibətimi göstərsin ) ALLAHın və elmin mövqeyini çatdırmışam və bu yanaşmanı öz mövqem seçmişəm. Düşünürəm ki, bizim ən boyük bəlamız biganəlik və laqeyidlikdir ki, bu həm ALLAH qarşısında , həm də bəşəriyyətə hesabatda böyük günah və qəbahətdir”.