Azərbaycan Milli Elmlər Akademiyası həqiqi üzvlərinin (akademiklərin) və müxbir üzvlərinin vakant yerlərinə seçkilər elan edir.
AZXEBER.COM-un xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası Nizamnaməsinin 16-cı bəndinə əsasən, elmin müvafiq istiqamətlərində geniş tədqiqatlar aparan, onu yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan Azərbaycan Respublikasının vətəndaşları və bir qayda olaraq AMEA-nın müxbir üzvü olan alimlər AMEA-nın həqiqi üzvü (akademik) seçilirlər. Elmin inkişafında görkəmli xidmətləri olan, onu tədqiqatları ilə zənginləşdirən və Azərbaycan Respublikasının vətəndaşları olan alimlər AMEA-nın müxbir üzvü seçilirlər.
AMEA üzvünün başlıca vəzifəsi şəxsi tədqiqatları və elmi tədqiqatlara rəhbərlik yolu ilə elmi yeni nailiyyətlərlə zənginləşdirməkdir. Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri AMEA-ya həvalə olunmuş vəzifələrin yerinə yetirilməsində fəal çalışmalı, onun Nizamnaməsinə ciddi əməl etməlidirlər. AMEA-nın üzvləri elmi nailiyyətlərin tətbiqinə və onlardan elmi-mədəni quruculuqda istifadə olunmasına fəal kömək göstərməli, elmi kadrların hazırlanması sahəsində iş aparmalı, AMEA Rəyasət Heyətinin və müvafiq bölmənin elmi-təşkilati tapşırıqlarını yerinə yetirməli, Azərbaycan Milli Elmlər Akademiyasının və müvafiq bölmənin ümumi yığıncaqlarında iştirak etməlidirlər.Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinə və müxbir üzvlərinə, elmi idarələrə, ali təhsil müəssisələrinə göstərilən ixtisaslar üzrə AMEA-nın həqiqi üzvlüyünə və müxbir üzvlüyünə namizədlər göstərmək hüququ verilir. Namizədlər elmi idarələr, ali məktəblər və elmi-ictimai təşkilatlar tərəfindən göstərildikdə namizədlərin seçilməsi gizli səsvermə yolu ilə aparılır. Namizədlərin irəli sürülməsi üçün adi səs çoxluğu kifayətdir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlüyünə və müxbir üzvlüyünə namizədlər haqqında AMEA Rəyasət Heyətinin təsdiq etdiyi qaydalara uyğun təqdimat bu elan dərc edildiyi gündən etibarən bir ay müddətində Azərbaycan Milli Elmlər