'Elmlər Akademiyasında' yenilik

Bütün Xəbərlər
13:06 03.08.2012
1673

AZXEBER.COM-un AzərTac-a istinadən verdiyi xəbərə görə, maili tuneldə xətt boyunca istiqamətləndirici borular qoyulacaq və həmin kontur 80 metr dərinliyədək sementlə doldurulacaq. Stansiyanın ikinci çıxışı 3 istiqamətə yönələcəkdir. Bu çıxış, həmçinin ərazidə keçid rolunu oynayacaq.

Beləliklə, ətraf ərazidə piyadaların təhlükəsizliyi ilə yanaşı, sərnişinlərin rahatlığı da təmin olunacaq. Çıxışlardan biri Bakı Dövlət Universitetinin arxa hissəsində - Mətbuat prospektində yerləşəcək. Burada birinci keçidə paralel daha 2 keçid inşa olunacaq. Daha bir çıxış Bakı Dövlət Universitetinin əsas giriş qapısı ilə üzbəüz yerləşən Zahid Xəlilov küçəsində - Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun yaxınlığında tikilir.

“Elmlər Akademiyası” stansiyasının əlavə çıxışının 2015-ci ildə istismara verilməsi planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR