Elnur Aslanov Azərbaycan Gənclər Parlamentindən danışdı
GƏNCLİK
02:31 17.05.2012
1600
Azərbaycanda Gənclər Parlamentinin yaradılması ictimai debatlar və diskussiyalara başlamaq və onları aparmağa qadir gənc, intellektual və yaradıcı insanların aşkarlanmasına kömək edəcək. AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov deyib. “Bu da öz növbəsində, fəal həyat mövqeyinə və zəruri intellektual səviyyəyə malik gənc insanların kadr bazasının formalaşdırılması üçün əsas olacaq” – deyə, ölkədə Gənclər Parlamentinin yaradılması təşəbbüsünü şərh edən E.Aslanov vurğulayıb. Onun sözlərinə görə, Prezident tərəfindən ötən il imzalanmış “Azərbaycan gəncləri 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsini nəzərə alaraq, Gənclər Parlamentinin yaradılmasına bu proqramın gənclər sahəsində olan problemlərin aşkarlanması, müzakirəsi və həllinə yönəlmiş ayrılmaz tərkib hissəsi kimi baxmaq lazımdır. “Cəmiyyətimizdə məşhur insanlar, Milli Məclisin, ictimai təşkilatların, media orqanlarının, ziyalıların nümayəndələrinin yaxşıların yaxşısını seçəcəkləri Gənclər Parlamenti hər hansı bir siyasi qrupun platforması deyil.