Elnur Aslanov: “Azərbaycan tərəfinin istəyi odur ki..."
Bütün Xəbərlər
18:11 07.12.2011
1146
“Azərbaycan tərəfinin istəyi odur ki, beynəlxalq qurumlar və dünya ictimaiyyəti Ermənistanın qeyri-konstruktiv mövqeyinə öz sözünü desin”. Bunu Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ probleminə dair qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi üçün kəskin sözünü deməli və beynəlxalq təşkilatlar Ermənistana təyziqlərini artırmalıdır. Elnur Aslanov qeyd edib ki, Azərbaycan bütün digər millətlərin hüquqlarını tanıyır və Dağlıq Qarabağın gələcəyini düşünürək birgə yaşam prinsipləri üzərində fikir mübadiləsi aparmağa hazırdır.