Elnur Aslanov: ‘Azərbaycanın iştirakı və dəstəyi olmadan bu regionda heç bir layihə həyata keçirilə bilməz’

Elnur Aslanov: ‘Azərbaycanın iştirakı və dəstəyi olmadan bu regionda heç bir layihə həyata keçirilə bilməz’
SİYASƏT
13:17 30.08.2013
1286

ASAIF-n bugünki forumu həmin təşkilat qarşısında yeni üfüqlər açır.

AZXEBER.COMxəbər verri ki, bunu ASAIF-in 30 avqustda keçirilən XI forumunda çıxışı zamanı Prezident Administrasiyasının (PA) siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiriElnur Aslanovdilə gətirib. Onun qeyd etdiyinə görə, bugünki Azərbaycan gəncliyi o cümlədən ASAIF üzvləri XXI əsrdə Azərbaycanın yeni üfüqlərə, yeni gələcəyə, yeni nailiyyətlərə aparacaq böyük bir ordusudur. PA rəsmisi sonra qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən, xüsusilə 1993-cü ildən bu yana böyük inkişaf yolu keçib. “Azərbaycan son 20 il ərzində büdcəsi 500 milyon dollar olan ölkədən hazırda büdcəsi 24 milyard dollar olan bir ölkəyə çevrilib. Azərbycan son 10 il ərzində əhalisinin yarısı yoxsulluq səviyyəsində olan bir ölkədən hazırda əhalisinin cəmi 6 %-i yoxsul olan bir ölkəyə çevrilib. Azərbaycan son 20 il ərzində daxili çəkişmələrdən, 1994-95-ci illər dövlət çevrilişlərinə cəhdlərdən əziyyət çəkən bir ölkədən stabil demokratik bir ölkəyə çevrilib. Azərbaycan onun torpaqlarının 20 %-ni işğal edən Ermənistandan fərqli olaraq ianələr hesabına yaşamır”. PA rəsmisi eyni zamanda deyib ki, bu gün Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 85 %-ni özündə cəmləşdiri. “Budur müstəqil Azərbaycan. Budur güclü Azərbaycan. Burada da qeyd edildiyi kimi Azərbaycan həm də bir ənənələr ölkəsinə çevrilib. Mərhum ümummilli liderimiz Heydər Əliyev dövründə əsası qoyulan ənənələr onun siyasətinin layiqli davamçısı İlham Əliyevin 10 illlik prezidentlik dövründə də uğurla davam etdirilir. Cənab prezidentin dediyi kimi, bu gün əsas hədəflərdənm biri qara qızılın neft kapitalının intellektual kapitala çevrilməsidir. Bildyiniz kimi bu istiqamətdə çox böyük işlər görülməkdədədir. Və bunun nəticəsidir ki, Azərbaycan son illər ərzində dünyanın 50 inkişaf etmiş ölkələri arasında özünüün layiqli yerini tututr. Biz qarşımıza dünyanın inkişaf etmiş ölkələri sırasına, ilk əlliliyə daxil olmaq məqsədini qoyarkən bir qədər tərəddüd edirdik, buna ehtiyatla yanaşırdıq. Çox sevindirici haldır ki, Azərbaycan artıq ilk əllilikdədir. Ancaq bizim qarşımızda duran məqsədlərdən biri də odur ki, yaxın gələcəkdə ilk onluğa, iyirmiliyə daxil olaq”. Bu forumun heç də rəsmi xarakter daşımadığını, onun həm də fikir mübadiləsi olduğunu nəzərə çatdıran Elnur Aslanovun bildirdiyinə görə, bugün qarşıya qoyulan hədəflərdən biri də gənclərin yüksək keyfiyyətli təhsil alması və onların simasında yeni kadr potensialının formalaşdırılmasıdır. “Biz istəyirik ki, gənclər digər ölkələrdə təhsil aldıqları ali təhsil müəsssislərində öz həmkarlarına, müəllimlərinə Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi barədə məlumat versinlər. Çünki çox təəssüflər olsun ki, erməni lobbisinin təsiri altında Azərbaycana qarşı qərəzli mövqelər ortaya qoyulur. Ona görə, biz gənclərimə tövsiyyə edirik ki, Azərbaycanala bağlı qərəzli fikirlərin qarşısının alınmasında aktiv və fəal rol oynasınlar. Azərbaycan bu gün Cənubi Qafqazın lider dövlətidir. Bu gün dövlətimiz transmilli layihələrin həyata keçirilməsində başlıca rol oynayan bir ölkədir. Bu gün Azərbaycannını dəstəyi və iştirakı olmadan heç bir layihə həyata keçirilə bilməz. Bu baxımdan siz gənclər tamamilə başqa fərqli bir, lider olan Azərbaycanı təmsil edirsiniz”. Çıxışı zamanı Azərbaycana qarşı ikili standartlardan danışan PA rəsmisi bildirib ki, bəzi qüvvələrə Azərbaycanın uğurlarını qəbul etmək istyəmirlər. Bu baxımdan ölkəmizə qarşı ikili standartlardan çıxış edirlər. “Bildiyiniz kimi Qarabağ münaqişəsi ilə bağlı BMT təhlükəsizlik şurasının qətnamələri var. Ancaq necə olur ki, həmin qurumun başqa qətnamələri cəmi bir neçə saat ərzində icra olunur. Amma Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş qətnamələr bu günədək də icrasız qalır. Bu özü hələ də bizə qarşı ikili standarların davam etməsindən xəbər verir”. E.Aslanov çıxışı zamanı onu da vurğuladı ki, demokratiya insanların şüurlarında, fikirlərində formalasşmalıdır. “Ümummilli lider Heydər Əliyevin dediyi kimi demokratiya alma deyil ki, haradansa alıb gətirəsən. Demokratiya beyinlərdə şüurlar formalaşmalıdır. Çox sevindirici haldır ki, bu gün Azərbaycanda tam demokratik mühit formalaşıb”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq
Daha bir NATO ölkəsi məcburi hərbi çağırışı bərpa edib
22:35 10.03.2026
Daha bir NATO ölkəsi məcburi hərbi çağırışı bərpa edib