Elnur Aslanov: ‘İşğal olunmuş ərazilərə səfər edənlər qalmaqal dalınca qaçan insanlardır’

Elnur Aslanov: ‘İşğal olunmuş ərazilərə səfər edənlər qalmaqal dalınca qaçan insanlardır’
SİYASƏT
12:28 30.08.2013
1601

Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə Azərbaycanın rəsmi icazəsi olmadan qanunsuz səfər edən şəxslərlə bağlı Azərbaycan hakimiyyətinin, eləcə də Xarici İşlər Nazirliyinin mövqeyi ortadadır.

Bununla bağlı məsələyə rəsmi şəkildə münasibət bildirilib. AZXEBER.COMxəbər verir ki, bunu avqustun 30-da jurnalistlərlə söhbətində Prezident Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiriElnur Aslanovbildirib. Onun qeyd etdiyinə görə, Azərbaycanın işğal olunmuş bölgələrinə qanunsuz səfər edən şəxslər XİN tərəfindən müvafiq siyahıya daxil edilib və onlar arzuolunmaz şəxs elan ediliblər. PA rəsmisi deyib ki, bununla belə işğal olunmuş ərazilərə qanunsuz səfər edən şəxslərin böyük əksəriyyəti daha çox aşağı səviyyəli, qalmaqal dalınca qaçan və öz şəxsi maraqlarını həyata keçirtməyə çalışan insanlardır: “Onlar daha çox merkantil maraqlardan çıxış edən insanlardır. Əslində həmin adamların bu addımları bizi o qədər də narahat etmir. Çünki onların səfərləri nə Qarabağın tanınması, nə də bu məsələnin başqa arzuolunmaz formada həllinə rəvac vermir. Ancaq bizi burada narahat edən məqam odur ki, həmin şəxslərin təmsil etdikləri dövlətlər onlara qadağalar qoymalıdır. Lakin çox təəssüflər olsun bunu etmirlər. Bizim həmin dövlətlərlə münasibətlərimiz var və bu adamların addımları Azərbaycanla həmin dövlətlər arasında müəyyən qədər problemlərin yaranmasına səbəb ola bilər. Bununla belə bütövlükdə götürüləndə bu qanunsuz səfərləri edənlər daha çox öz maraqlarını həyata keçirtməyə çalışan, qalmaqal dalınca qaçan, aşağı səviyyəli insanlardır”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq
Daha bir NATO ölkəsi məcburi hərbi çağırışı bərpa edib
22:35 10.03.2026
Daha bir NATO ölkəsi məcburi hərbi çağırışı bərpa edib