Elnur Aslanov jurnalistlərə verilən mənzillərlə bağlı səslənən tənqidlərə cavab verdi

Elnur Aslanov jurnalistlərə verilən mənzillərlə bağlı səslənən tənqidlərə cavab verdi
SİYASƏT
15:27 26.07.2013
2080

“Azadlıq Radiosu”nun (RFE/RL) saytında dövlət başçısının müvafiq sərəncamı əsasında tikilən yeni binada Azərbaycan jurnalistlərinə 155 mənzilin təqdim edilməsi ilə bağlı yazı dərc edilib.

Sözügedən yazıda bu hadisə belə bir xüsusi vurğu ilə qeyd olunur ki, azad mətbuat hər hansı bir tərəfdən, o cümlədən, hökumətin özündən belə hər hansı bəxşiş almamalıdır, çünki bu, jurnalistlərin informasiyanın təqdim edilməsi azadlığını məhdudlaşdırır. Kütləvi İnformasiya Vasitələrinin (KİV) əməkdaşlarına evlərin verilməsi qərarını isə yazı müəllifləri hakimiyyətin mətbuatı satın almaq cəhdi adlandırırlar. Sözügedən məqalə Azərbaycan hökumətində suallar doğurub. Belə ki, həmin saytda dərc olunan məqalə ilə əlaqədar Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov şərh verib. O, mətbuat nümayəndələrinin evlə təmin olunması məsələsinə belə yanaşmanı qərəzli adlandırıb: “Jurnalistlər üçün yaşayış binasının inşa edilməsi barədə qərarın Mətbuat Şurasının nümayəndələrinin 2010-cu ilin iyul ayının 22-də Prezident İlham Əliyevlə keçirilən görüşdə jurnalistlərin öz sosial şəraitləri ilə bağlı mövzuya toxunmasından sonra qəbul edilməsi məqalədə qeyd olunmur. Bunun əvəzində, siz bəyan edirsiniz ki, mənzillərin verilməsi dövlətin jurnalistləri satın almaq cəhdidir”. E.Aslanov qeyd edib ki, vətəndaşların vergi ödədiyi və öz liderlərini seçdikləri Azərbaycanda hökumət hər bir vətəndaşının qayğısına qalmalıdır və bunu edir. E.Aslanovun sözlərinə görə, KİV əməkdaşlarına mənzil verməklə, Azərbaycan hökuməti bu prinsipə riayət edib. “Azərbaycan bütün mövcud imkanlarla öz vətəndaşlarının qayğısına qalır” – deyə, Prezident Administrasiyasının rəsmisi bildirib: “Bu qayğı həm jurnalistlər üçün evlərin tikilib təhvil verilməsidir, həm 1 milyona yaxın azərbaycanlı qaçqınların və məcburi köçkünlərin yaşayış yerləri ilə təmin olunmasıdır, o cümlədən, yeni, təhsil, tibb və mədəniyyət müəssisələrinin yaradılması və s.-dir”. Sözügedən məqalə ilə bağlı şərhində E.Aslanov həmçinin o faktı da qeyd edir ki, “Azadlıq Radiosu”nun redaksiyası Ermənistanın Azərbaycanın 20% ərazisini işğal etməsini, o cümlədən, beynəlxalq ictimaiyyət tərəfindən tanınan Azərbaycan ərazisində etnik təmizləmələr aparması məsələsini demək olar ki, işıqlandırmır. “Görünür, keçmiş Sovet İttifaqı ərazisində ən çox davam edən, o cümlədən, təkcə bütün Cənubi Qafqaz üçün yox, həm də Avropa üçün təhlükə yaradan bu münaqişənin işıqlandırılması sizin prioritetlərinizə daxil deyil” – deyə, o, bildirir. Redaksiyanın ölkədə kifayət qədər söz azadlığının olmaması məsələsinə belə sərt diqqət çəkməsini şərh edən E.Aslanov bildirib ki, Azərbaycanda dövlət senzurası yoxdur, eləcə də, KİV-lərin işinə hər hansı məhdudiyyətlər qoyulmur. Ölkədə müxtəlif – siyasi, sosial və iqtisadi təyinatlı 3 mindən artıq çap və onlayn nəşrlər fəaliyyət göstərir. Həmçinin Azərbaycanda 50-dən artıq siyasi partiya fəaliyyət göstərir ki, bunlar vasitəsilə də, E.Aslanovun sözlərinə görə, Azərbaycan vətəndaşları ölkənin siyasi həyatında iştirak edə bilirlər. O, bir faktı da qeyd edib ki, bölgədə İnternetin ən ucuz qiyməti Azərbaycandadır və bu, orta əmək haqqının təxminən 2%-ni təşkil edir. Eləcə də, Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan informasiya-kommunikasiya xidmətlərindən istifadə edilə bilmə göstəricilərinə görə dünyanın 144 ölkəsi arasında 20-ci yeri tutur. “Biz inanırıq ki, informasiyanın əldə edilə bilməsi demokratiyanın səmərəli şəkildə fəaliyyət göstərməsi və dövlətin sağlam inkişafı üçün böyük əhəmiyyət daşıyır” - E.Aslanov qeyd edib və əlavə edib ki, Azərbaycan hökuməti vətəndaşların biliksiz qalması və dezinformasiya əsasında hərəkət etməsinə yox, düşünülmüş, əsaslı qərarlar qəbul edərək fəaliyyət göstərmələrinə çalışır. Prezident Administrasiyasının rəsmisi etiraf edib ki, Azərbaycanda da hər bir digər ölkədə olduğu kimi, həll edilməmiş problemlər var. Onun sözlərinə görə, hökumət öz ünvanına edilən tənqidə konstruktiv şəkildə yanaşır. “Lakin biz hesab edirik ki, bu tənqid qərəzli yox, ədalətli olmalıdır. Seçici yanaşma heç bir ölkəyə tətbiq olunmamalıdır. Ancaq ədalətli tənqid əməkdaşlığa və müxtəlif təhlükələrin aradan qaldırılmasına xidmət edə bilər”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nazir Xankəndi və Xocalıda təhsil müəssisələrində olub
15:18 10.03.2026
Nazir Xankəndi və Xocalıda təhsil müəssisələrində olub
Nigar Camalla Samir Piriyevdən duet - VİDEO
15:18 10.03.2026
Nigar Camalla Samir Piriyevdən duet - VİDEO
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
15:09 10.03.2026
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı
15:04 10.03.2026
Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı
Naxçıvanda  pirotexniki vasitələr satan şəxslər saxlanıldı
15:00 10.03.2026
Naxçıvanda pirotexniki vasitələr satan şəxslər saxlanıldı
ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
14:42 10.03.2026
ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
14:31 10.03.2026
İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"