Elnur Aslanov: 'Məmur interneti xalqa xidmət üçün əlavə vasitə kimi qəbul etməlidir' - Müsahibə

SİYASƏT
18:53 13.05.2013
2599

AZXEBER.COM 1news.az-ın Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanovla müsahibəsini təqdim edir:

- Bugünkü gündə əgər belə demək mümkündürsə, sosial şəbəkələr çox geniş şəkildə inkişaf etməyə başlayıb və bu şəbəkələr həyatımıza hər gün daha çox nüfuz etməkdədirlər, özlərində bir çox – həm sosial, həm əxlaqi və hətta siyasi funksiyaları da ümumiləşdirməkdədir. Sözügedən fenomeni necə izah etmək olar?- Razıyam. Ümumilikdə, sosial şəbəkələr fenomeni həm araşdırmaçıları, həm də siyasətçiləri zaman keçdikcə daha çox özünə cəlb etməkdədir.Bir çox şərhçilər iddia edirlər ki, belə bir vəziyyətdə artıq sosial özünütəşkilin yeni formasının yaranmasından, o cümlədən onun siyasi cəhətdən vacibliyindən danışmaq mümkündür.Adıçəkilən fenomen barədə söz düşmüşkən, “altı səviyyəli tanışlıq” nəzəriyyəsini də yada salmaq lazımdır. Ötən əsrin 60-cı illərinin sonunda sınaqdan çıxarılan bu fərziyyəyə müvafiq olaraq, Yer üzündə hər bir insan orta hesabla 6 nəfərdən ibarət ortaq və ümumi dostlarının sayəsində istənilən digər bir şəxsin tanışıdır.Bu fərziyyə meydana gəldiyi ilk vaxtlarda elə də həqiqətəuyğun görünməmişdi. Lakin bu gün biz əyani şəkildə görürük ki, sosial şəbəkələr vasitəsilə lokal və qlobal tramsformasiyalar necə baş verir.Kompüter və telekommunikasiya texnologiyalarının inkişafı, o cümlədən, qlobal şəbəkənin meydana gəlməsi “altı səviyyəli tanışlıq” nəzəriyyəsinə marağın yenidən artmasına təkan vermiş oldu. Nəticədə isə sözügedən prinsipi əyani şəkildə həyata keçirən və mənfəət gətirən xidmətlər meydana gəldi.Bu isə onunla nəticələndi ki, “Pew Research Center”-in aprel ayının sonunda dərc olunan hesabatında ABŞ-da sosial şəbəkələrin “daha bir qaynar nöqtəyə” çevrilməsi barədə qeyd öz əksini tapmış oldu.“Rəqəmsal texnologiyalar dövründə vətəndaş iştirakı” (Civic Engagement in the Digital Age ) adı altında dərc edilən bu hesabatda qeyd edildiyi kimi, ABŞ-ın yaşca böyüklərdən ibarət olan əhalinin 39%-i bu və ya digər səbəblərdən istənilən halda 2012-ci ildə ABŞ-da keçirilən prezident seçkiləri kampaniyası ərəfəsində İnternet məkanlarda siyasi fəaliyyətə cəlb ediliblər.Müqayisə üçün deyək ki, əvvəlki - 2008-ci ildə keçirilən prezident seçkiləri ərzində ABŞ-da sosial şəbəkələrdən amerikalıların bu və ya digər formada yalnız 26%-i istifadə etmişdi.Beləliklə, əgər daha əvvəl günün siyasi gündəmini formalaşdıran ənənəvi KİV-lər arasında beynəlxalq münasibətlər azalan pillə prinsipi ilə düzülürdüsə, bu gün rəqəmsal informasiya vasitələrinin auditoriya ilə sıx qarşılıqlı əlaqələri nəticəsində əksinə, üfüqi pillə prinsipi müşahidə edilməkdədir. - Siz cəmiyyətin siyasi həyatında sosial şəbəkələrin rolunun artdığını qeyd etdiniz. Bəs Azərbaycanda bu sahədə vəziyyət nə yerdədir? Dövlət belə bir trendin formalaşmasına necə yanaşır?- Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, İnternet azadlığı ölkəmizin əldə etdiyi əsas nailiyyətlərdən biridir.Bu gün Azərbaycanda əhalinin təxminən 65%-i İnternet istifadəçisidir, yüzlərlə bloqqer var, milyondan artıq insan Facebook sosial şəbəkəsindən istifadə edir.Eyni zamanda digər sosial platformalar da cəmiyyətimizin həyatının mühüm amillərindən biri olaraq qalmaqda davam edir. İnternetdən istifadə edənlərin əksər hissəsi gənclərdir, bu rəqəm ölkə əhalisinin 60%-ni təşkil edir.Beləliklə, demək olar ki, İKT-nin gələcəkdə ölkədə inkişaf etdirilməsi prinsipi artıq müəyyən edilib. Prezidentin bu sahəyə diqqət göstərməsi, sözsüz ki, hər şeyi müəyyən edir – İKT universitetinin yaradılması, 2013-cü ilin “İKT ili” elan edilməsi dövlət başçısının bu sahəyə diqqətinin bariz nümunəsidir.Əgər milli reallıqları təhlil etsək, tamamilə aydın məsələdir ki, ABŞ Dövlət Departamentinin də müəyyən etdiyi kimi, İnternetin azadlığının beş əsas amili Azərbaycanın bugünkü reallıqlarına tam cavab verməkdədir.Bu, hər şeydən əvvəl “söz azadlığı”dır: bloqlar, elektron poçt, mətn şəklində ismarışlar və fikir mübadilələri üçün açıq forumlar;“dini etiqad azadlığı”: internet insanlara mənəvi-dini dəyərlərin təbliğ edilməsi üçün geniş imkanlar təqdim edir;“ehtiyacdan qurtulma”: internet üzərindən yaradılan əlaqələr insanların biliklərini və iqtisadi imkanlarını artırır, o cümlədən, onlara yeni bazarları tanımaq şansı qazandırır;“təqibolunma qorxusundan azad olma”: informasiyanın azad şəkildə yayıla bilməsi üçün maneələrin olmaması, fərdi azadlıqlara təhdidlərin, iqtisadiyyata və vətəndaş cəmiyyətinə qarşı hədələrin olmaması;

o cümlədən, “şəbəkəyə qoşulma azadlığı”: planetin müxtəlif yerlərində yaşayan insanlarla ünsiyyət yaratmaq, söhbətləşmək imkanı insanlar arasında əməkdaşlığın yaradılmasında sonsuz imkanlar təqdim edir.Beləliklə, internet azadlığı məsələsində Azərbaycan vətəndaşın hüquq və azadlıqlarının qorunmasının vacibliyini aydın şəkildə nümayiş etdirmiş olur.Dövlət insanların virtual məkanda fikir mübadilələri aparmasına müdaxilə etmir. Biz İnsan Hüquqları Bəyannaməsində də deyildiyi kimi, tam şəkildə insanların “istənilən vasitə ilə, eləcə də dövlət sərhədlərindən asılı olmayaraq, məlumatı axtarmaq, əldə etmək və yaymaq hüququ”nu qoruyan prinsiplərin tərəfdarıyıq. - Bəzi müxalif əhval-ruhiyyəli kütləvi informasiya vasitələri “vətəndaş azadlığının məhdudlaşdırılması prizmasından dövlətin sosial şəbəkələrdə təsirinin artdığından” danışır. Bu mövqe doğrudurmu?- Burada buğda ilə samanı bir-birindən fərqləndirməyi bacarmaq çox vacibdir. Cəmiyyətdə, istər müxtəlif partiya, istərsə də ictimai təşkilat nümayəndələri tərəfindən bəzən internet məkanının tənzimlənməsinə dair fikirlər səsləndirilir.Belə təcrübə və ümumiyyətlə belə normalar dünya ictimaiyyəti üçün yeni deyil. Son illər ərzində internetin mahiyyəti, onun tərkibi və istifadəçilər arasında qarşılıqlı əlaqə formaları dəyişib.Bunu nəzərə alaraq, bütün sivil dünyada internet şəbəkəsinin milli seqmentlərində davranış qaydalarını müəyyən edən qaydalar dəyişir və təkmilləşir.Məsələn, Google şirkətinin bəyanatına əsasən, bu gün hakimiyyətlər tərəfindən istifadəçilər haqqında şəxsi məlumatlar da daxil olmaqla informasiyanın təqdim olunmasına dair çoxsaylı - 70 faizlik sorğu artımı müşahidə olunur.Eyni zamanda ən böyük sifarişçi və istehlakçı söz azadlığı və internet məkan azadlığı barədə hamıdan çox danışan məhz ABŞ hökumətidir.2013-cü ilin fevralında dərc olunan məlumatlara görə, ABŞ-ın xüsusi xidmət orqanları ötən il ərzində 31 mindən çox halda bu kimi informasiyaları əldə etməyə çalışıblar, bununla belə əksər hallarda məhkəmə orqanları tərəfindən buna sanksiya tətbiq edilməyib.Yeri gəlmişkən, ABŞ-da milli internet məkanının tənzimlənməsi tətbiqinə hələ 1996-cı ildən başlanıb. Məhz elə o zaman “Kommunikasiya əxlaqı haqqında” Qanun baxışa təqdim olunub.Bundan əlavə xatırlamaq lazımdır ki, ABŞ-da federal qanunvericilik və ayrıca ştatların qanunvericiliklərində olan fərq sayəsində bürokratik sistem fərqli fəaliyyət göstərir.Misal üçün, ABŞ-ın rəsmi mövqeyi internet məkanda söz azadlığını müdafiə etdiyi halda, bir sıra ştatlar məhdudiyyətlər tətbiq edirlər. Bu sosial şəbəkələrdə ünsiyyətə də aiddir.Birləşmiş Ştatlarda bir çoxlarının Corc Oruel tərəfindən yazılan “1984” romanında “Böyük Qardaş”la bağlı vəziyyətdən ehtiyatlanmasına baxmayaraq, bəzi məsələn, Şimali Korolina və Merilend kimi ştatlar sosial şəbəkələrdə müəllimlərlə tələbələr arasında əlaqələri məhdudlaşdıran qanunvericilik qəbul ediblər.Böyük Britaniyada da belə bir addım atılıb. Bir çox şəhərlər, misal üçün, Mançester müəllimlərə tələbələrlə ünsiyyət qurmaq üçün sosial şəbəkələrdən istifadəni qadağan edən doktrina qəbul ediblər.Bu gün Amerika ştatlarının demək olar ki, yarısında regional qanunlar əsasında internet süzgəcdən keçirilir. Bu qanunlar dövlət tərəfindən maliyyələşən məktəb yaxud kitabxanalarda tətbiq edilir ki, bu da bəzi aydın olmayan formulları nəzərə almaqla, milli internet məkanın sərt şəkildə tənzimlənməsi üsulundan başqa bir şeyə xidmət etmir.Fransada materialların yayılmasına nəzarət edən qanunun icrasını izləyən ayrıca hökumət qurumunun olduğunu qeyd etmək yerinə düşər.HADOPI - 2009-cu ildə Fransada qəbul edilmiş qanun və onun icrasını izləyən eyniadlı agentlikdir. (Abbreviaturanı “internetdə müəllif hüquqlarının müdafiəsinə imkan yaradan qanun” kimi açıqlamaq olar.- red).Bu qanunun qəbulundan sonra tənqidçilər onu dünyada kontent və müəllif hüquqlarının tənzimlənməsi üzrə ən sərt qanun adlandırdılar.Və bu hələ 2000-ci ildə fransız məhkəməsinin hakim Jan-Jak Qomesin sədrliyi altında virtual deyil, real sahəyə dair mövcud qanunvericilik əsasında qərar qəbul edərək Yahoo!-dan Fransa ərazisində olan istifadəçilər üçün istənilən nasist və neonasist materiallara çıxışın məhdudlaşdırılmasını tələb etməsinə əlavə oldu.Bunun nəticəsi olaraq, Google Fransa qanunvericiliyinin tələbinə müvafiq olaraq öz xidmətlərini süzgecdən keçirməyə başladı.Həmçinin, bu gün Fransada hökumət səviyyəsində məktəblilərin irqçi, anti-semit və neo-faşist yönümlü saytlara girişini bağlaya bilən mərkəziləşdirilmiş filterlərin tətbiqi gedir.Odur ki, yetişməkdə olan nəslin dünya şəbəkəsindəki radikal və irqçi informasiyalardan müdafiəsini təmin edən davranış siyasəti - müxtəlif dövlətlərin, ümumilikdə isə sivil dünyanın təcrübəsidir. Ümumdünya şəbəkəsində hər hansı bir siyasi və ya vətəndaş məhdudiyyətindən söhbət gedə bilməz və getməməlidir də.- İlin əvvəlində beynəlxalq hüquq-müdafiə təşkilatlarının, xüsusilə də “Freedom House”nin Azərbaycanla bağlı hesabatlarında sosial şəbəkələrin inkişafı və onların siyasi gündəliyə təsiri haqqında danışılır və yazılırdı.- Ötən ilin yekunu üzrə “Qafqaz tədqiqat resursları mərkəzi” (Caucasus Research Resource Centers, CRRC) tərəfindən dərc edilən illik “Qafqaz barometri” (The Caucasus Barometer 2012) sorğusuna əsasən, Azərbaycan üzrə məlumatlar göstərir ki, əhalinin yarısı bir qayda olaraq hesab edir ki, Azərbaycan cüzi problemlər olmaqla tam demokratik ölkədir.Həmçinin, hesabatda qeyd olunur ki, Azərbaycan demokratiyanın inkişafına görə Cənubi Qafqazın digər iki dövləti - Ermənistan və Gürcüstandan bir pilə yuxarıdadır. Ermənistan (66%) və Gürcüstan (55%) vətəndaşlarının yarıdan çoxunun hökumətə qarşı etiraz aksiyaları keçirməyin zəruri olduğunu bildirdikləri halda, Azərbaycanda etiraz aksiyaları ilə bağlı suala respondentlərin 70 %-i fikir ifadə etmənin ənənəvi demokratik üsullarına üstünlük verdiklərini bildiriblər.Yəni burada çox maraqlı fakt üzə çıxır. Birincisi, bu bir daha bizim dəfələrlə haqqında danışdıqlarımızı sübut edir. Bir sıra təşkilatların, o cümlədən, “Freedom House” təşkilatının yeni müstəqil dövlətlərdə demokratiyanın səviyyəsini qiymətləndirmə metodologiyası müasir reallıqlara cavab vermir.Bu təşkilat uzun illər bundan əvvəl, SSRİ ilə qarşıdurmanın sütunlarından biri kimi yaradılmışdı və hal-hazırda ikiqütblü dünya nizamının olmadığı, dünyanın çoxqütblü olduğu bir zamanda onun metodologiyasının zamanı keçmiş sayılır.İkincisi, bu bir daha göstərir ki, 40 illik yaşı olan bu metodologiya əsasında əldə olunan məlumatlar və nəticədə yaranan yanlış empirik analiz əhalinin bu və ya digər məsələyə real münasibətini əks etdirmir.Üçüncüsü, bir ölkədə olan demokratik inkişaf digərinin inkişafı üçün klişe ola bilməz. Hər bir ölkənin öz xüsusiyyətləri, iqtisadi və eləcə də siyasi sferada öz inkişaf yolu var. Demokratik ənənələr və institutlar müvafiq iqtisadi artımla daha effektiv inkişaf edir.Elə buna görə də, Prezident dəfələrlə vurğulayırdı ki, iqtisadi və demokratik inkişaf prosesləri ayrı-ayrılıqda deyil, paralel olaraq həyata keçirilməlidir. Beləliklə də, demokratiyanın səviyyəsinin analizində olan qəliblərin və bəzi təşkilatların 40 il bundan əvvəl, “Soyuq müharibə” zamanı hazırlanan metodologiyasının zamanı keçib.- Bütün dünyada dövlət strukturları tərəfindən əhali ilə iş prinsiplərinin sadələşdirilməsi tendensiyası müşahidə olunur. Azərbaycanda İKT inkişafının səviyyəsinin artmasını nəzərə alsaq, dövlət aparatı və vətəndaşlar arasında kommunikasiya prinsiplərinə yenidən baxılması ehtiyacı barədə danışmağın mənası varmı?- Azərbaycanda gündəlik həyatı kompüterlə, mobil kommunikasiya alətləri və İnternetlə bağlı olan vətəndaş nəslinin formalaşmasını nəzərə alaraq, dövlət strukturları artıq mövcud olan ünsiyyət kanallarını genişləndirirlər – qaynar xətlər, sorğu mərkəzlər və s. Eləcə də, vətəndaşlarla yeni ünsiyyət platformalarının sayı artırılır.Biz vətəndaş, özəl təşkilatlar və müəssisələrin maraqlarını nəzərə almaqla, dövlət və vətəndaş arasında qarşılıqlı təsir prosedurlarını sadələşdirən bütün şərtləri yaradırıq.Dövlət siyasətinin tərtib olunmasında iştirak üçün geniş imkanların təqdim olunmasından əlavə, bizim təşəbbüslərimiz dövlət və ərizəçi arasında şəxsi qarşılıqlı əlaqələrin minimallaşdırılmasına və maksimum informasiya texnologiyalarından istifadə etmə imkanlarının olduğu artıq formalaşmış dövlət xidmətlərinin göstərilməsinə hesablanıb.İnternet şəbəkəsinə hamının çıxışının olması, əhaliyə rəsmi saytlardan əlavə, əsas sosial platformalar olan Facebook və Twitter-dən istifadə edərək, öz fikirlərini ifadə etmək, eləcə də, müasir informasiya-kommunikasiya texnologiyaları vasitəsilə ölkənin həyatında iştirak etmək imkanı yaradır.Bunu nəzərə alaraq, çoxdilli format və yeni platformalarda əhali ilə iş sahəsində çeviklik təklif edərək, dövlət təsisatları öz siyasətlərini zamanın tələblərinə uyğun formalaşdırırlar və formalaşdırmalıdırlar.Bu gün Prezident Administrasiyası və bir sıra digər dövlət strukturları yeni İnternet-platformalarında təmsil olunurlar. Şübhəsiz ki, bizim qarşımızda bu istiqamətdə işin gücləndirilməsi və təkmilləşdirilməsi vəzifəsi dayanır. Çünki bu addım ölkəmizin yenilənmiş rəqabət qabiliyyətinin qaldırılması paradiqmasının sadəcə bir hissəsidir.Mən xüsusi olaraq qeyd etmək istəyirəm ki, məmur əhali ilə kommunikasiya mexanizmlərini mükəmməl şəkildə bilməlidir və İnterneti xalqa xidmət etmək üçün əlavə vasitə kimi qəbul etməlidir.Buna görə də, ümumdünya şəbəkəsi sayəsində biz dövlətlə xalq arasında daha interaktiv əlaqənin yaradılması imkanını əldə edirik.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir