Elnur Aslanov: ‘Prezident İlham Əliyevin atdığı bütün addımlar gələcəyə, tərəqqiyə hesablanıb’

SİYASƏT
12:53 25.12.2013
1162

“Tarix boyunca Azərbaycan-Türkiyə münasibətləri bu qədər möhkəm, bu qədər dərin, bu qədər çoxşaxəli, bu qədər strateji önəmə malik olmayıb”.

 AZXEBER.COM xəbər verir ki, bunu Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiriElnur Aslanovİstanbuldakı “Çırağan” sarayında dövlət başçısı İlham Əliyevin həyat və fəaliyyətinə hərs olunmuş “Bir Prezidentin portreti” adlı kitabının təqdimat mərasimində bəyan edib.

Tanınmış britaniyalı müəllif və sənədli filmlər rejissoru, Kral Coğrafiya Cəmiyyətinin üzvü Qrem Uilsonun müəllifi olduğu kitabı türk dilinə Tayfun Toruner tərcümə edib.

Bənzərsiz nümunə

Elnur Aslanov deyib ki, əlaqələrinin inkişafındakı xidmətlərinə Azərbaycan Prezidenti ötən ay Türkiyə səfərində Türkiyənin ən yüksək ordeni olan “Dövlət nişanı”nı ilə təltif olunub. Bu yaxınlarda isə İlham Əliyev Türkiyənin məşhur Xəzər Strateji İnstitutu tərəfindən “İlin Xəzər dövlət adamı” mükafatına layiq görülüb:

“Bütün bunlar dostluq və qardaşlığın, işbirliyinin hansı səviyyədə olmasını göstərən gözəl nümunələrdir. Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən sıx bağlı olan ölkələr sayılır. Qarşılıqlı anlaşma, bir-birinə olan hərtərəfli dəstək indi dünyada çox nadir xarakter daşıyır”. Türk dövlətlərinin Avropa enerji xəritəsi

PA-nın şöbə müdiri xüsusi vurğulayıb ki, Azərbaycan Türkiyə ilə birgə çox qısa müddət sonra bölgənin, Avropanın enerji xəritəsini dəyişdirəcək: “Artıq 2006-cı ildə istismara verilən Bakı-Tbilisi-Ceyhan neft kəməri, 2007-ci ildə açılan Bakı-Tbilisi-Ərzurum qaz kəməri bu reallığı yaradıb.

TANAP layihəsi, Trans-Adriatik boru kəməri (TAP) gələcək nəsillərə onilliklər sonra da xidmət edəcək”.

Azərbaycanın qaz ehtiyatının 3 trilyon kubmetrə bərabər olduğunu xatırladan E.Aslanov “Şahdəniz-2” enerji layihəsi üzrə yekun investisiya qərarının imzalanmasının Türkiyə ilə əməkdaşlığın 2050, 2060-cı illərini indidən təsəvvür etməyə imkan verdiyini söyləyib:

“Prezident İlham Əliyevin atdığı bütün addımlar gələcəyə, tərəqqiyə hesablanıb, Türkiyə ilə dostluğa, qardaşlığa, möhkəm təməllərə əsaslanır”.

Hazırda iki ölkə arasında ticarətin həcmi 4,2 milyard dollara çatıb. 2020-ci ilə kimi bu rəqəmin sürətlə, təxminən 4 dəfə artaraq 15 milyard dolları keçəcəyini gözlənilir:

“Prezident İlham Əliyevin göstərişi ilə hazırda Azərbaycan Xəzər hövzəsində ən böyük ticarət limanını yaradır. Bu limanın 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Buna qədər isə 2014-cü ildə əlavə siyasi, iqtisadi dividentlər qazandıracaq Bakı-Tbilisi-Qars dəmir yolu işə düşəcək”.

Yeni platformalar

Elnur Aslanov deyib ki, Azərbaycan ən böyük sərmayələrini Türkiyəyə yatırmağa hazırlaşır: “2020-ci ilə qədər 20 milyard dollara yaxın Azərbaycan sərmayəsi Türkiyə iqtisadiyyatına qoyulacaq və bu göstəriciyə görə Azərbaycan Türkiyə tarixində ən böyük investor olacaq”.

PA rəsmisi təəssüflə qeyd edib ki, hələlik işğalçı Ermənistanı yalnız Azərbaycan və Türkiyə cəzalandırır: “Ümid edirik ki, bu sıraya gələcəkdə digər dövlətlər, beynəlxalq təşkilatlar da qoşulacaq”.

E.Aslanov Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərinin böyük gələcəyi olduğunu vurğulayıb: “Bu gələcəyi bütün çətinlikləri aşaraq bizim liderlər yaradırlar.

Cənab Prezident İlham Əliyev “XXI əsr türk dünyasının əsridir” söylədikdə məhz bu böyük gələcəyə inamı ifadə edir. Türkiyə və Azərbaycan Türk dünyasının liderlik rolunu öz üzərinə götürüblər. Qəbələdə bu yaxınlarda Türkdilli Dövlətlərin Zirvə görüşü keçirilib. Biz əməkdaşlığımızı daha da genişləndirmək üçün bütün platformalardan, imkanlardan istifadə edirik və edəcəyik”.

“Bir Prezidentin portreti”

Qeyd edək ki, Çırağanda “Bir Prezidentin portreti” adlı kitabın təqdimedilməsi ilə bağlı keçirilən mərasimdə Azərbaycan, Türkiyə və digər ölkələrdən olan ictimai-siyasi xadimlər, tanınmış alimlər iştirak ediblər.

Q.Uilsonun 512 səhifədən, 40 fəsildən ibarət olan kitabında Azərbaycanın tarixi, ən qədim dövrlərdən zəmanəmizə qədər siyasi inkişafının spesifikası öz əksini tapıb. Müəllif kitabda Prezident İlham Əliyevin bioqrafiyasından, onun həyat və fəaliyyətindən nümunə kimi bəhs edib.

OXŞAR XƏBƏRLƏR