'Elnur Aslanova təşəkkür etmək lazımdır' - AÇIQLAMA

GƏNCLİK
15:14 03.06.2012
1680
Prezident Admistrasiyasının şöbə müdiri Elnur Aslanovun universitetlərdə Tələbə-Gənclər Təşkilatlarının(TGT) fəaliyyəti ilə bağlı etdiyi çıxış bu sahədə yaranmış böhranlı vəziyyətlə bağlı dövlət səviyyəsində narahatçılığın ifadəsi idi. Həqiqətən də, Azərbaycanda bir neçə universitet istisna olmaqla əksər təhsil ocaqlarında TGT-lərin nizamnamə ilə nəzərdə tutulmuş hüquqlarından istifadə də ciddi problemlər var”.Bu sözləri AZXEBER.COM-a “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı PA-nın şöbə müdiri Elnur Aslanovun universitetlərdə TGT-lərin vəziyyəti ilə bağlı etdiyi çıxışa münasibət bildirərkən deyib. Onun sözlərinə görə, TGT-lərin əksəriyyəti universitetlərdə tələbələrin tribunası olmaq statusunu itirərək, işi ancaq şablon tədbirlər təşkil etmək olan formal qurumlara çevrilib: “Biz bu məsələni uzun müddətdir ki, gündəmə gətirmişik və davamlı olaraq ayrı-ayrı auditoriyalarda müzakirə edirik. Həmişə qeyd edirik ki, rektorların əksəriyyəti universitetlərdə TGT-lərin fəaliyyətini ciddiyə almırlar və bunun nəticəsidir ki, tələbə təşkilatların maddi-texniki bazası, təhsil ocağında nüfuzu sıfır səviyyəsindədir.Digər tərəfdən TGT-lərin əksəriyyəti universitet rəhbərlərinin tam nəzarəti altındadır və ora kimlərin sədr seçilməsinə də tələbələr yox, rektorlar qərar verir. Heç şübhəsiz ki, bu tələbələrin özünü ifadə etmək, potensialını ortaya qoymaq imkanlarını məhdudlaşdırır və TGT-lərə münasibətdə etimadsızlıq mühiti yaradır.

OXŞAR XƏBƏRLƏR