Hacıbəy HeydərliAprelin 22-də Avropa Şurasının önündə Avropa ölkələrində yaşayan azərbaycanlı mühacirlərin etiraz aksiyası keçiriləcək.
Bu barədə Fransada yaşayan azərbaycanlı gənc Elnur Məcidli özünün Facebook səhifəsində yazıb.Elnur Məcidli deyib ki, aksiyanın əsas məqsədi bu ilin yanvar ayında AŞ PA-nın qış sessiyasında Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçi, alman deputat Kristof Ştrasserin hesabatının qəbul olunmamasına etiraz bildirməkdir:“Bu aksiya həmçinin Azərbaycanda gənclərin kütləvi həbsinə, ölkədəki siyasi repressiyalara, söz azadlığının boğulmasına qarşı etirazdır”.Elnur Məcidli kimdir?İlk olaraq onu qeyd edim ki, bu aksiyanın təşkilatçısı olan Elnur Məcidli müxalifət mətbuatının yazdığı kimi heç də siyasi mühacir deyil.O bir neçə il bundan öncə Azərbaycandan Fransaya təhsil almaq üçün gedib. O Azərbaycana dönməmək barədə qərar verəndə də ictimai-siyasi proseslərdə elə də fəal deyildi. Sadəcə olaraq vətənə dönüb, aldığı təhsilin əsasında işləmək əvəzinə, Avropada qalmağı üstün tutub.Gənc fəal Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib. “Lider” və “ANS” telekanallarında, “Azərbaycan”, “Xalq” qəzetlərində çalışıb.Göründüyü kimi, bu adam ölkənin iqtidaryönlü telekanallarında və qəzetlərində işləyib. İşlədiyi müddətdə də müxalifəti ağ yuyub-qara sərib.Vaxtilə iqtidar televiziyaları və qəzetlərindən müxalifətin ünvanına hədyanlar yağdıran Elnur Məcidli Fransaya gedəndən sonra müxalifətə keçib. Əslində, ona müxalifətçi demək də düzgün deyil, çünki Elnur Məcidlini müxalifət mətbuatında da ciddi adam kimi qəbul etmirlər. Bu barədə bir qədər sonra.Elnur Məcidlinin “11 mart” aksiyasıElnur Məcidli Azərbaycan ictimaiyyətinə 2 il öncə sosial şəbəkələrdə “11 mart” event-i yaratmaqla tanınıb. Bu həmin aksiyadır ki, 7 nəfər təşkilatçının 6-sı xaricdə yaşayırdı və bu səbəbdən də aksiya hər zamankı kimi fiaskoya uğradı. Strasburqda kafelərin birində oturub, Facebook vasitəsilə gəncləri inqilaba səsləməkdən rahat bir şey yoxdur.Aksiyanın fiaskoya uğraması, heç kimin təşkilatçılara dəstək olmaması da Elnur Məcidlinin müxalifət cəbhəsində nə qədər qeyri-ciddi qəbul olunmasının bariz nümunəsi oldu.Və bu biabırçılıqdan sonra gözə dəyməyən Məcidli son vaxtlar yenidən gündəmə gəlib. O Elşad Abdullayevin sözçüsü kimi müxalifət mətbuatında çıxış edir.Elşad Abdullayevlə Elnur Məcidlinin ortaq cəhətiƏslində, Elnur Məcidlinin nəyə görə məhz Elşad Abdullayevə sığındığı da təəccüblü deyil. Bu adamların hər ikisi vaxtilə iqtidara yaxınlıqları ilə tanınıb, sonradan isə yollarından dönüblər və indi Fransaya sığınıblar.Elşad Abdullayevin əməlləri, fırıldaqları haqda çox danışmaq olar. Uzun illər tələbələrin başına oyun açan, onların pulunu yeyən Abdullayevlə Məcidlinin ortaq cəhətləri çoxdur. Təsadüfi deyil ki, hər iki şəxsi nə iqtidar, nə də müxalifət qəbul etmir. Müxalifət üçün Elşad Abdullayev yox, onun videoları, Elnur Məcidli yox, onun Facebook statusları vacibdir. Fırıldaqçı Elşad Abdullayevin sözçüsü kimi Elnur Məcidlinin olması elə də təəccüblü sayılmamalıdır, əslində.E.Məcidlinin mətbuat katibliyi müqabilində Abdullayevdən külli miqdarda pul aldığı da deyilir. Görünən odur ki, son zamanlar Elşad Abdullayevin videolarının rezonans doğurmaması Məcidlini narahat edib və o qərara gəlib ki, aksiya keçirməklə gündəmə gəlsin. Ancaq tarix də sübut edib ki, Məcidlinin aksiyalarına özündən başqa heç kim dəstək vermir.Elnur Məcidlinin “papaq” söhbətiBu yaxınlarda Fransada baş tutan “Avropa azərbaycanlıları milli birlik şurasının təsis konfransında Elnur Məcidli belə bir cümlə işlədib:“Azərbaycan hakimiyyəti Azərbaycanda olan böyük əksəriyyətin papağını əlindən alıb. Papağı olan insanlar da burada olan (Fransada) insanlardır”.Gənc fəalın bu sözlərin sonda müxalifət gəncləri sosial şəbəkələrdə ona kəskin tənqid, hətta təhqir dolu statuslar həsr etdilər. Həmin rəylər içində ən maraqlısı isə bu idi:“Əgər sən qeyrətli oğulsansa, ya dur gəl Azərbaycana, meydanlara çıx. Ya da sus. Sənin kimilərin papağı avropalı daydayların əlindədir”.Bu sözləri hansısa iqtidaryönlü gənc deyil, Elnur Məcidliylə eyni cəbhədə olan şəxs yazıb.