Elnur Məmmədliyə uduzmaq üçün 200 min pul təklif olunub

Elnur Məmmədliyə uduzmaq üçün 200 min pul təklif olunub
TOP4
13:58 02.02.2018
4840
Azərbaycanın cüdo üzrə olimpiya çempionu Elnur Məmmədliyə 2007-ci il dünya çempionatı zamanı uduzması üçün pul təklif olunub. 

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə 30 yaşlı idmançı "CBC Sport”da yayımlanan "İmza” verilişində açıqlama verib. 

Həmin verilişdə Məmmədli türkiyəli idmançının təklif etdiyi məbləği qəbul etmədiyini bildirib: "Pulun məbləği kifayət qədər yüksək idi. Hardasa 150-200 min. Həmin vaxt mən adi Elnur Məmmədli üçün 200 min az pul deyildi. Mən ona rədd cavabı verdim. Çünki mənim üçün əsas məsələ Azərbaycanın bayrağı, himni idi. İndi o bizim dostumuzdur. Özü ilə imkan düşdükcə görüşürük”. 

Artıq karyerasını başa vurmuş idmançının sözlərinə görə, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi olduqdan sonra ona pul mükafatı və mənzil verilsə də, bu hədiyyələr də onu dəyişdirməyib.

Qeyd edək ki, 2007-ci ildə Braziliyada keçirilmiş dünya çempionatında Elnur Məmmədli 73 kq çəki dərəcəsində gümüş medal qazanıb. 
OXŞAR XƏBƏRLƏR