Elnur: “Röya toxunulmazdır amma Nigar...”

Elnur: “Röya toxunulmazdır amma Nigar...”
MAQAZİN
11:24 19.12.2017
1984
Stilist Elnur Həsənov əməkdar artist Röya Ayxan ilə müğənni Nigar Camal arasında yaşanan qalmaqaldan danışıb.
 
AZXEBER.COM xəbər verir ki, Lider TV-də yayımlanan "7gün” verilişinə qonaq olan stilist Röyanı toxunulmaz adlandırıb.
 
"Elə insanlar var ki, onlar nə etsə yaraşır. Onlara toxunmaq olmaz. Mənim üçün də Röya toxulmazdı. Mükafat mərasimində mən onun yanında ola bilmədim. Amma çox istərdim ki, olum. Röya məni başa düşdü.”
 
Stilist "Müğənni Nigar Camal sizə işləməyi təklif etsə qəbul edərsiz?” sualına isə belə cavab verib:
 
"Bir müddət əvvəl bizim Nigarla iş birliyimiz olacaqdı. Amma Nigarın işləri ilə əlaqədar alınmadı. İnanmıram bu vəziyyətdə o mənə belə təklif etsin. Əgər təklif etsə də, Nigarın mənimlə danışmağına baxır. Amma Röya bizə qadağa qoymur.”
 
Qeyd edək ki, müğənnilər arasında qalmaqal "Altın Kelebek” mükafat mərasimində başlayıb.
OXŞAR XƏBƏRLƏR