Elnur Şükürov da azadlığa çıxdı - Foto

Elnur Şükürov da azadlığa çıxdı - Foto
SOSİAL
10:36 13.09.2025
226
Əvəz Zeynallı ilə birgə məhkum edilmiş jurnalist Elnur Şükürov da azadlığa buraxılıb.

AZXEBER.COM xəbər verir ki, onun 3 illik həbs cəzası bu gün başa çatıb.

E.Şükürov saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Qeyd edək ki, "Səda TV”nin rəhbəri olan E.Şükürov rüşvət almaqda və dələduzluqda təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilmişdi. Onunla birgə mühakimə edilərək 8 il 10 ay azadlıqdan məhrum edilən Əvəz Zeynallı isə bir müddət əvvəl xəstəliyinə görə cəzadan azad edilmişdi.

///"Qafqazinfo"

 


 



OXŞAR XƏBƏRLƏR