“İRƏLİ” İctimai Birliyinin Hüquq Mərkəzi və Avropanın ən böyük hüquq təşkilatı olan Avropa Hüquq Tələbələri Assosiasiyası (ELSA) birgə əməkdaşlığın qurulması və perspektivləri müzakirə etmək, həmçinin Avropa Hüquq Tələbələri Assosiasiyasının mahiyyəti və fəaliyyəti ilə gənc hüquqşünasları yaxından tanış etmək, eyni zamanda Avropa Hüquq Tələbələri Assosiasiyasının Azərbaycan bölməsinin yaradılmasını hüquqşünas gənclərə təqdim etmək məqsədilə ikitərəfli rəsmi görüş keçirib. Görüş 7 Fevral 2011 - ci ildə "İRƏLİ" Gənclik Mərkəzində təşkil edilib.
Görüşdə "İRƏLİ" İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı, birliyin baş katibi Rauf Mərdiyev, Hüquq Mərkəzinin rəhbəri Emil Cəfərli iştirak edib. Avropa Hüquq Tələbələri Assosiasiyasını assosiasiyanın prezidenti Oscar LEma Bouza, assosiasiyanın Almaniya Şöbəsinin sədri Filip Hagedorn və beynəlxalq ekspert Rudolf Kristof Reiet, həmçinin Azərbaycan Şöbəsinin sədri Kamal Cəfərov təmsil edib. "İRƏLİ" İB Hüquq Mərkəzinin aktiv gənclərinin də iştirak etdiyi görüşdə "İRƏLİ" İB və "İRƏLİ" Hüquq Mərkəzi ilə yanaşı Avropa Hüquq Tələbələri Assosiasiyasının (ELSA) təqdimatı da keçirilib.