Bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayev tərəfindən ədalət mühakiməsinin nüfuzuna və hakimin yüksək adına xələl gətirən hərəkətlərə yol verilməsi ilə bağlı intizam icraatı başlanılmışdı.
Məhkəmə-Hüquq ŞurasındanTrend-ə verilən məlumata görə, Şuranın 14 yanvar tarixli qərarı ilə Ağababa Babayevin hakimlik səlahiyyətlərinə xitam verilib. Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoruElşad Abdullayevyaydığı videoda Nərimanov Rayon Məhkəməsinin sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyənAğababa Babayevlə görüşünü əks etdirirdi.