Elşad Abdullayev daha bir video yaydı - VİDEO

Elşad Abdullayev daha bir video yaydı - VİDEO
Bütün Xəbərlər
12:11 08.01.2013
3769

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev daha bir video yayıb. 

AZXEBER.COM-un məlumatına görə, “Azadlıq” qəzetinə göndərilmiş görüntülər bir müddət əvvəl yayılmış videonun davamıdır. 

Görüntülərdə E. Abdullayevin Rövşənə Əliyeva adlı qadınla söhbəti əks olunub. Əvvəlki videodan fərqli olaraq, bu gün yayılan görüntülərdə onların yanındakı üçüncü şəxsin də kimliyi məlum olub. Videogörüntüdəki üçüncü şəxsin E. Abdullayevin qardaşı Eldəniz Abdullayev olduğu bildirilir.

Video görüntüdə E. Abdullayevin itkin düşmüş qardaşı Mahir Abdullayevin tapılmasından bəhs edilir. E. Abdullayev iş adamı Arzu Kazımovu daxili işlər nazirinin keçmiş müavini Zahid Dünyamalıyevin Mahir Abdullayevi geri qaytarılacağına dair verdiyi vədə əməl etmədiyinə görə qınayır. Son videogörüntüdə R. Əliyeva Elşad Abdullayevin kabinetində mobil telefonla Arzu Kazımovla danışır. Təxminən 15 dəqiqə davam edən telefon danışığında da söhbət Mahir Abdullayevin qaytarılmasından gedir. Telefon danışığı bitəndən sonra isə R. Əliyeva Arzu Kazımovla danışdıqlarını Elşad Abdullayevə nəql edir.

Videogörtüntüdəki söhbətdən belə məlum olur ki, Elşad Abdullayev ondan pul alınmasına baxmayaraq, qardaşının hələ də geri qaytarılmamasından narazıdır və qardaşının qaytarılması üçün söz verib pul alanların vədlərinə əməl etmələrini tələb edir.

OXŞAR XƏBƏRLƏR