Elşad Abdullayev Zakir Qaralova yazdı

Elşad Abdullayev Zakir Qaralova yazdı
Bütün Xəbərlər
17:20 26.09.2012
1527
Azərbaycan Respublikası Baş prokuroru Zakir Qaralova 105157 Nömrəli Cinayət işi üzrə zərərçəkmiş şəxs Abdullayev Elşad İslam oğlun tərəfindən
ƏRİZƏ 
Azərbaycan Respubliksı Milli Məclisinin deputatı Gülər Əhmədova 2005-ci ilin noyabr ayında, parlamentə seçkilər ərəfəsində rəfiqəsi Babayeva Sevinc Telman qızının vasitəsi ilə Azərbaycan Respubliksı Prezidentinin İcra Aparatının müdiri Ramiz Mehdiyevə verəcəyi adı ilə məndən 2 000 000 (iki milyon) ABŞ dolları alması barədə 11 iyul 2012-ci il tarixli ərizəmlə Sizə və zərərçəkmiş şəxs qismində iştirak etdiyim 105157 nömrəli cinayət işinin istintaqını aparan ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Elmar Kərimova müraciət etmişdim. Ərizəyə Gülər Əhmədova və Sevinc Babayeva ilə aramızda olan görüşlərin və telefon danışıqlarının audio və video yazılarını əlavə etməklə, ərizəmə başdansovdu cavab veriləcəyi yaxud cavab verilməyəcəyi təqdirdə şəxsi təhlükəsizliyimi təmin etmək
üçün həmin səs yazılarını və videogörüntüləri kütləvi informasiya vasitələrinə göndərərcəyimi və internet saytlarında yerləşdirəcəyimi bildirmişdim. Lakin mənim bu mövqeyimə və ərizəmdə konkret olaraq törədilən cinayət faktı haqqında məlumat verməyimə baxmayaraq ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Eldar Əhmədovun 03 avqust 2012-ci il tarixli, 105157 nömrəli məktubu ilə bütün müraciətlərimdə olduğu kimi başdansovdu (cavab xatirinə cavab) verilmişdir : “ərizə cinayət işinin materiallarına əlavə olunaraq göstərilmiş xüsusatlar istintaq zamanı müvafiq qaydada araşdırılıb hüquqi qiymət veriləcəkdir”. Ərizəmin prokurorluq orqanlarında qanuni həllini tapacağına ümid edərək, göstərdiyim cinayət faktı ilə bağlı qanuni araşdırma aparılmasına və nəticəsi barədə mənə ətraflı cavab verilməsinə göstəriş verməyinizi Sizdən xahiş edirəm. 
Hörmətlə, E.İ.Abdullayev
OXŞAR XƏBƏRLƏR