Elşad Abdullayeva görə meriyanın işçisi həbs edilib?

Elşad Abdullayeva görə meriyanın işçisi həbs edilib?
Bütün Xəbərlər
17:15 10.01.2013
1542

İcra Hakimiyyətinin keçmiş işçisi qandallandı. Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin işilə bağlı həbs edilən Nəriman Ağayevlə bağlı maraqlı məlumatlar əldə etmişik. Məlumat üçün deyək ki, Nəriman Ağayev Bakı Şəhər Icra Hakimiyyətində çalışıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsilə həbs edilib. Bəs Nəriman Ağayevin dələduzluğu nədən ibarət olub? “Azadlıq”a daxil olan məlumata görə, Elşad Abdullayev ABU-nun söküləcəyi gündəmə gələn ərəfədə Nəriman Ağayevin qurbanı olub. Meriyanın işçisi sabiq rektoru inandırıb ki, o, universitetinin sökülməsinin qarşısını ala bilər. Yada salaq ki, ABU-nun sökülməsi yeni metro xəttinin həmin ərazidən keçməsilə əlaqələndirilirdi. Nəriman Ağayev Elşad Abdullayevə bildiribmiş ki, o, Bakı Metropoliteninin rəisi Tağı Əhmədovla danışıb problemi həll edə bilər. Məlumatlara görə, Nəriman Ağayev bunun müqabilində Elşad Abdullayevdən külli miqdarda (bəzi iddialara görə 1 milyon manat) pul alıb və təbii ki, problemi həll etməyib. Yeni metro xəttinin çəkilişinə görə ABU plana düşüb və ərazidə olan digər tikililər kimi onun da söküləcəyi gündəmdədir.

OXŞAR XƏBƏRLƏR