Elşad Abdullayevə görə tutulanların sayı 3-ə çatdı

Elşad Abdullayevə görə tutulanların sayı 3-ə çatdı
Bütün Xəbərlər
17:19 07.11.2012
1573
Baş Prokurorluq:Bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi Mahir Abdullayevin itkin düşməsi ilə bağlı deyilBaş Prokurorluq Elşad Abdullayevin işi ilə bağlı tutulanların olması faktını təsdiqləyib.Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlamasında bildirib ki, məlumat verildiyi kimi Mahir Abdullayevin itkin düşməsi və digər faktlarla bağlı Baş Prokurorluqda istintaq olunan cinayət işi üzrə Baş prokuror yanında yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən müxtəlif fərziyyələr ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.Həmin iş üzrə törətdikləri cinayət əməllərinə görə Hüseynov Vaqif Əbdülhüseyn oğlu, Ağayev Nəriman Salman oğlu və Kazımov Arzu Firudin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.Qeyd edilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri Mahir Abdullayevin bilavasitə itkin düşməsi ilə deyil, onların Elşad Abdullayevə qarşı törətdikləri dələduzluq cinayətləri ilə bağlıdır.İstintaqın gedişi barədə ictimaiyyətə əlavə açıqlama veriləcək.
//APA
OXŞAR XƏBƏRLƏR