Elşad Abdullayevin yaydığı video montajdır?

Elşad Abdullayevin yaydığı video montajdır?
Bütün Xəbərlər
00:31 26.09.2012
2510

«İstənilən bir şəxsin səsini komputerə köçürmək, daha sonra müvafiq proqrama yükləməklə yüzdə-yüz həmin səsi təqlid etmək mümkündür»

Bir neçə saat əvvəl xəbər verdiyimiz kimi, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada siyasi mühacirətdə olan Elşad Abdullayev Azpolitika.info-ya məktub göndərib. Məktubda deyilirdi:

«Hörmətli redaksiya! Mətbuat üçün bəyanatımı (Bir neçə gün əvvəlki məşhur bəyanatı nəzərdə tutulur-red) tam dərc etdiyiniz üçün Sizə təşəkkürümü bildirirəm. Bəyanatla əlaqədar əks tərəfin – Azərbaycan Respublikası Prokurorluğunun və Gülər Əhmədovanın nə reaksiya verəcəklərini gözlədiyim üçün bəyanatda söhbət açdığım video və audio yazıları kütləvi informasiya vasitələrinə təqdim etməmişdim. Bəyanatın dərc olunmasından bir neçə gün keçməsinə baxmayaraq qarşı tərəfdən heç bir səs çıxmadı, yəqin ki, çıxa da bilməzdi. Çünki onlar həmin video və audio yazılarla tanışdırlar. Bu bir neçə gün ərzində bəyanatla bağlı gedən müzakirələrlə tanışam və bəzilərinin ümumiyyətlə video və audio yazıların olmasına şübhə ilə yanaşmasını bilirəm. Bu şübhələrə son qoymaq üçün Gülər Əhmədova ilə danışığımızın video çəkilişindən bir fraqmenti sizə göndərməklə saytınızda yerləşdirməyinizi xahiş edirəm. Gülər Əhmədovanın məndən rüşvət alması barədə video və audio yazıların tam həcmini özüm yaxın günlərdə youtube.com saytında yerləşdirəcəyəm.»

Bu məlumatı paylaşarkən qeyd etmişdik ki, E.Abdullayev məktubla yanaşı vəd etdiyi videofraqmenti də saytımıza göndərib. Lakin biz onu sayta yerləşdirməyə tələsməmiş, gələcəkdə məhkəmə ehtimalını nəzərə alaraq həqiqiliyinə əmin olmaq üçün mütəxəsisslərlə məsləhətləşməyə, onların rəyini almağa ehtiyac görmüşdük. Onu da qeyd edək ki, məlumatı yayan ilk mənbə olduğumuzdan bütün diqqətlər də bizim üzərimizdə cəmləndi. Maraqlı tərəflərdən birinin isə kadrların, xüsusən də danışıqların montaj olunduğu, bunu məhkəmə qaydasında sübut etməyə hazırlaşdıqları haqda xəbərdarlığından sonra mütəxəsiss rəyinin zəruriliyi daha da artmışdı. Beləliklə, obyektivliyinə şübhə etmədiyimiz bir neçə mütəxəsiss Elşad Abdullayevin təqdim etdiyi videokadrlarda montaj əlamətlərinin olduğu, həqiqətən də danışıqların tam şəkildə oxşadılmaqla dəyişdirilə bilinəcəyi (Onlardan biri müasir texnoloji imkanlarla bunun çox asan olduğunu deyir: «İstənilən bir şəxsin səsini komputerə köçürmək, daha sonra müvafiq proqrama yükləməklə yüzdə-yüz həmin səsi təqlid etmək mümkündür» -müəll) haqda xəbərdarlıq etdiyindən videomaterialı sayta yerləşdirməklə bağlı xeyli tərəddüd keçirdik. Amma videokadrlar artıq internetə, digər saytlara yerləşdirilib deyə, mütəxəsissin səs montajı xəbərdarlığını nəzərə alaraq onu yenidən paylaşmağa ehtiyac görmürük.

V.Nəsibov

Azpolitika.info

OXŞAR XƏBƏRLƏR