Elşad Miri: "Bunu etməklə Ramazanın mahiyyətindən kənarlaşırıq"

Elşad Miri: "Bunu etməklə Ramazanın mahiyyətindən kənarlaşırıq"
MÜSAHİBƏ
23:36 13.04.2021
35820
AZXEBER.COM-un müsahibi ilahiyyatçı-alim Elşad Miridir.

- Ramazan ayını hər il qeyd edirik, Ramazanın tarixi haqqında nə deyə bilərsiniz və Ramazan bayramı nə vaxtdan qeyd olunur?
 
- Qurana baxdığımız zaman Quranda "Bəqərə” surəsinin 183 və 185-ci ayələrində yazılır: "Oruc sizdən əvvəlkilərə əmr edildiyi kimi, sizə də əmr edildi". Amma həmin o tarixi mənbələrə müraciət etdikdə görürük ki, İslamın gəlişindən hardasa 15 il sonra bizim bildiyimiz mənada Ramazan orucu bütün müsəlmanlara vacib hesab edilib. Əmr edilir ki, konkret olaraq Ramazan ayı boyunca yəni, ya 29 gün, ya da 30 gün oruc tutmalıyıq. Yəni, Ramazanın tarixi bununla bağlıdır.

- Oruc tutmağın əsas məğzi nədir? Niyə bu ayda oruc tuturuq?

- Çox maraqlıdır. Həqiqətən niyə Ramazanda oruc tutulur? Bu aylar yəni, "Hicri” təqvimi ilə olan aylar əsasən ay təqvimi olaraq qəbul edilir. Ay təqvimində də elə bir nüansdır ki, 33 il ərzində dövr olunur. Yəni bir insan bu günləri oruc tutursa, 33 il sonra eyni vaxtda oruc tutacaq. Və ya deyək ki, bir insan yayda oruc tutursa müəyyən müddət sonra qışda oruc tutacaq. Bunların asanlıq dərəcələri də var, çətinlik dərəcələri də. İnsanı həmin dövrə uyğunlaşdırır bu proses. Həmçinin elə nüanslar var ki, oruc tutmaq bizim sağlamlığımız üçün də faydalı ola bilər, amma biz bilmərik. Ramazan bizə dərsdir, Quranın nazil olunduğu aydır.

- Ramazan bayramında "Qədr gecəsi” olur. "Qədr gecəsi” nədir? Həmin gün müsəlmanlar nə etməlidirlər?

- "Qədr gecəsi” "Quran-ı Kərim”in endirilməyə başladığı gündür. "Qədr gecəsi” qədir-qiymət bilmək günüdür. Göndərilən "Quran-I Kərim”in qədrini bilməkdir. Nə zaman ki, insan göndərilən kitabın mənasını dərk edir, o zaman həmin insanın "Qədr gecəsidir". Allahın bizlərə bəxş etdiyi anı sıxışdırıb müəyyən günlərə aid edirik. Bəs digər günləri də Allah yaratmayıb mı? Onların günahı nədir?

- Azərbaycanda Ramazan ayının başlama tarixi ilə bağlı hər zaman anlaşılmazlıq olur...

- Bizdə Ramazan ayı ilə bağlı hər dəfə müəyyən narazılıqlar olur. Mən ona görə insanlara deyirəm ki, bunu etməklə Ramazanın mahiyyətindən kənarlaşırıq. Çünki, orucu bir dəqiqə tez açmaq bizim etdiklərimizi puç etməyəcək. Əsas məsələ biz bu etdiklərimizdən bir nəticə çıxaraq. Ramazanı kurs kimi düşünüb, kursu bitirdikdə bayramı bayram kimi keçirməliyik.  Bir-birilə yardımlaşmanı, hər-hansısa bir etdiyimiz məsələni qeyd eləmək kimi başa düşməliyik. Bu ayın mahiyyəti odur ki, biz bu ayda öyrəndiklərimizi qalan 11 ayda da tətbiq edib elə yaşamalıyıq.
 
 
Aysel Əliyeva
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib