Elşən Musayev: 'Azadlıq qəzeti ölkədəki reallıqların deyil, Əli Kərimlinin arzularının ifadəçisidir'

Elşən Musayev:
Bütün Xəbərlər
23:59 18.02.2013
1859
Son zamanlar Azərbaycanın ictimai-siyasi həyatında cərəyan edən proseslərlə bağlı radikal müxalifət mətbuatının sərgilədiyi birtərəfli mövqe kifayət qədər nəzərə çarpan səviyyədədir. Ələlxüsus da “Azadlıq” qəzetinin yürütdüyü qərəzli xəttin hansısa ideologiyaya, siyasi düşüncəyə, dövlətçilik maraqlarına deyil, konkret olaraq mövcud hakimiyyətin gözdən salınmasına yönəldiyi də artıq kimsədə şübhı doğurmur. Bu isə cəmiyyətin, eyni zamanda siyasi spektrın bir sıra nümayəndələri tərəfindən hiddətlə qarşılanır.
Mövzu ilə bağlı SİA-ya açıqlama verən Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev əlavə edib ki, gerçəkdən acınacaqlı bir durumdur: “Bu ölkədə fəaliyyət göstərən bir sıra mətbuat təmsilçilərinin timsalında sanki informasiyanın, təbliğatın, qəzetçiliyin, jurnalist etikasının fabulası itib, görkəmi dəyişib. Və heç şübhəsiz bu ənənənin, presidentin başında “Azadlıq” qəzeti durur. O qəzet ki, hər nə qədər inkar etmiş olsalar da, AXCP adlı uğursuz bir siyasi qurumun faktiki mətbuat orqanıdır. Ölkədəki reallıqların deyil, Əli Kərimlinin arzularının ifadəçisidir. Təhrif olunmuş, iftira dolu məlumatların, ifrat qərəzin, kinin cövlan etdiyi bir meydandır!”.
Partiya sədri diqqəti bir məsələyə də yönəldib: “Ölkədə baş verən ən kişik hadisə üzərində şou düzəltməyi bacaran bu mətbu orqan özlərinə sərf etdiyində konkret insanlardan maksimum yararlanmağı çox böyük məharətlə bacarıblar. Amma nə zaman ki, məsələ həmin şounun əsl pərdəarxası və real məqamlarına gəlib çatır, o anda hətta bir zaman movcud iqtidar əleyhinə istifadə etdikləri similar da söz demək, fikir bildirmək, tribuna imkanından məhrum olurlar. Məsələn, Turqut Ər. Yəqin çoxları xatırlayır ki, bu adamın iqtidar əleyhinə söylədiyi ittihamları “Azadlıq” necə bəh-bəhlə yayımlayıb, tirajlayırdı. Amma elə ki, mövzu Əkrəm Əylislinin “Daş Yuxular” əsərinə gəldi, anındaca adamı görməzdən keçdilər. Bilirsinizmi niyə? Çünki, bu artıq Əli Kərimlinin proqramına uyğun deyildi. Orada ittihamlar iqtidara deyil, yazıçıya yönəlmişdi. Turqut Ər bu dəfə iqtidarın və xalqın dediyini deyirdi”.
E.Musayev qəzetin fəaliyyətinə başqa rakursdan da yanaşıb: “Cənab Prezidentin son müşavirədəki mükəmməl çıxışı, bir sıra məmurların cəzalandırılması, xalqın marağına, sadə vətəndaşların mənafeyinə yönəlik addımlar… Niyə bu haqda heç nə danışılmadı? Və ya danışıldısa da təhrif olunmuş, üzərinə tam başqa don geyindirilmiş formada danışıldı?
“Azadlıq” adlı iftira maşının manşetində hansısa hadisənin real təfərrüatını, təfsilatını kimsə görübmü? Bu mətbu orqanda Əli Kərimlinin iradəsindən, redaktəsindən kənar hansısa müstəqil hərəkət, üslub, analiz, təhlil imkanı varmı? –Qətiyyən! Amma baxın, adlarını demokrat qoyublar. Utanmadan ədalətdən, humanizmdən, qanundan danışırlar. Haıbuki, 3-5 adam üzərində belə amansız diktatura qurduqları bəs-bəlli həqiqətdir. İqtidar əleyhinə ən kəskin xətt götürməyənlər, ağlına və ağzına gələni yazıya həkk etmə istedadı olmayanlar, ən nəhayət Əli Kərimlinin özü kimi düşünməyənlər dərhal çıxdaş olunurlar, ləkələnirlər, təzyiqlə üzləşirlər. Elə bu səbəbdəndir ki, qəzetin baş redaktoru Qənimət Zahid bir tək Kərimlinin xoşuna gəlsin deyə, öz doğma qardaşına belə qənim kəsildi, onu redaksiyadan qovdu, aldığı qonorardan məhrum etdi!
Mən bir dəfə söyləmişəm və həmin fikri növbəti dəfə təkrar edirəm: Bütün fəaliyyəti ölkədə qarşıdurma, vətəndaşlar arasında nifaq yaratmağa, eyni zamanda yalan, iftira, qərəz dolu informasiyalar yayımlamağa hesablanan bu tip saytların, qəzetlərin qanun qarşısında məsuliyyəti daha aydın şəkildə müəyyənləşdirilməlidir. Hətta gərəkirsə onlar üzərində ən sərt cəzalar tətbiq edilməlidir. Əks halda bəlli qruplar və bəlli təfəkkürün sahibləri bu ölkəni yıxmaq, zəiflətmək üçün əllərindən gələni əsirgəməyəcəklər. Hətta deyərdim ki, bu məsələdə son dərəcə israrlı görünürlər”.
OXŞAR XƏBƏRLƏR