Elşən Musayev: 'Elçibəyin ruhu Əli Kərimliylə, İsa Qəmbəri bağışlamayacaq' - MÜSAHİBƏ

Elşən Musayev:
Bütün Xəbərlər
23:20 24.08.2012
2057
Elşən Musayev: "Mənəvi anlamda isə nə İsa Qəmbərin nə də Əli Kərimlinin Elçibəyin adını dillərinə gətirməyə haqqı yoxdur. Çünki eks-prezidentə ən böyük zərbələr bu iki uğursuz siyasətçidən gəlib". Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevdir - Elşən müəllim, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev mərhum prezident Əbülfəz Elçibəyin Əli Kərimov tərəfindən zəhərlənməsini iddia edir. - Özünüzün də vurğuladığınız kimi, belə bir iddia ilə mən və ya bir başqası deyil, Hafiz Hacıyev adlı şəxs çıxış edir. Bu isə, onun bir Azərbaycan vətəndaşı olaraq, konstitusion hüququdur. Ayrıca, hələ ki, ittiham olunan tərəfdən savayı, kimsə ilkin nəticə və ehtimallardan danışmır. Məndə olan məlumata görə, istintaq orqanları artıq bu işi qeydiyyata alıb, faktla bağlı cinayət işi qaldırılıb və ilkin araşdırmalar gedir. O ki qala, məsələnin hansı ciddiyyətdə olmasına, məncə, bunu həmin araşdırmaları aparan istintaq qrupunun gəldiyi nəticələr və qənaətlər müəyyən edəcək. Amma görünən budur ki, müxalif cəbhə əllərinə düşən bu fürsətdən də siyasi "avantaj"ları naminə yetərincə bəhrələnməyə çalışır. Məsələyə siyasi don geyindirir, ən əsası da sıradan bir cinayət işinin həlqəsini bu qədər böyütməyə çalışır. Niyə?! - Bu ki , sadəcə iddiadır. Məhkəmə, istintaq kiminsə cinayətkar olduğunu söyləmir ki...Bu hələ araşdırma mərhələsində olan hüquqi mövzudur. Çıxın, sübut edin ki, bu, belə deyil. Hüquqi müstəvidə keyfiyyətli müdafiə qurun, məsələnin sonunu gözləyin. Axı ortada kimsəyə hansısa damğa vurulmayıb.Əli Kərimlinin mirzələri son günlər özlərinə elə "əl qatıblar" ki, sanki dünyanın taleyinin həlli ilə bağlı məsələ Bakı Şəhər Prokurorluğunun icraatına verilib. O zaman sual edirəm: Bu hakimiyyətin nəyinə lazımdır Əli Kərimli? Kimdir Əli Kərimli? Azərbaycan iqtidarı o qədərmi zəifdir ki, bir siyasi meyitdən ötəri Prezident seçkilərinə il yarım qalmış şou-filan düzəltsin?Hafiz Hacıyevin ciddi adam olmadığını iddia edirlər. Amma unudurlar ki, həmin Hafiz Hacıyev, bizim, bu, hakimiyyətin deyil, onların özlərinin yetişdirməsidir. Adının ətrafına min ayama qoşulan Hacıyev AXCP iqtidarının naziri olub və ən diqqət çəkən məqam da budur ki, onların həm də ən işlək, büdcəyə ən çox xeyir verən naziri olub. Gedib ilk öncə, bu paradoksu aydınlaşdırsınlar!Təxminən 1 il öncə, Müasir Müsavatın rəhbəri iqtidara qarşı amansız açıqlamalar verəndə, bütün müxalif mətbuat o adamı öz manşetlərinə daşımışdı. Cəmiyyətə ən ciddi adam kimi təqdim olunurdu. İndi nə baş verdi bəs? Maraqlara toxundu deyə, bir anın içində qeyri-ciddi statusamı girdi? Bu barədə düşünmək lazımdır. Həm də ciddi-ciddi düşünmək. - AXCP sədri Əli Kərimov İsa Qəmbərov və onların yaxın ətrafı bu məsələni siyasiləşdirməyə cəhd edir. Bunu onların ənənəsi hesab etmək olarmı? - Əli Kərimli və İsa Qəmbər Azərbaycan siyasətinin ridumentləridir, qalıqlarıdır. Onların istifadə müddəti çoxdan bitib. Odur ki, bu məsələni ha siyasiləşdirdilər, ha siyasiləşdirmədilər, heç fərq etməz. Onsuz da bu gedişlə ömürlərinin sonuna qədər, dırnaq arasında siyasiləşə-siyasiləşə davam edib, pensiya yaşlarına çatacaqlar. Amma yazıq onlara yox, onların ətrafındakılara olacaq. Bütün həyatlarını bir heç uğuruna fəda etidkləri üçün! İsa Qəmbərlə Əli Kərimliyə prosesin bundan sonrakı axını siyasi aspektdən elə də maraqlı deyil. Çünki yediklərini yeyiblər, qazandıqlarını qazanıblar, satdıqlarını satıblar. Bu gün AXCP daxilindəki avtoratizm də , İsa Qəmbərin başqanlıqdan iki əllə sallanıb qalması da hansısa siyasi perspektivə deyil, bundan sonra daha çox pul qazanmağa yönəlib.O ki qala konkret faktının siyasiləşmə tərəfinə, bir daha qeyd edirəm, zəhərlənmə faktı ilə bağlı yekun sözü istintaq və məhkəmə deyəcək. Bu məsələnin hüquqi tərəfi. Mənəvi anlamda isə nə İsa Qəmbərin nə də Əli Kərimlinin Elçibəyin adını dillərinə gətirməyə haqqı yoxdur. Çünki eks-prezidentə ən böyük zərbələr bu iki uğursuz siyasətçidən gəlib. Həmişə də öz mənafelərindən dolayı.Biri 1998-ci ildə Elçibəyin siyasi həyatda qalması üçün gərəkən ən son şansın-vahid namizədliyin üzərindən xətt çəkib. Digəri isə zamanında Elçibəy haqqında öz mirzələri vasitəsilə inanılmaz qara piar həyata keçirib. Bu, faktdır. Onları nə tarix nə də bu gün saxtakarcasına öndərim dedikləri Elçibəyin ruhu heç bir zaman bağışlamayacaq. - "Açıq Cəmiyyət Partiyası"nın lideri Rəsul Quliyev də bu məsələdə Ə.Kərimova dəstək verir. Onun bu addımının arxasında hansı məqamlar dayana bilər? - Rəsul Quliyevin məşhur "badbaxt" sözü vardı. Bir ara dillər əzbərinə çevrilmişdi. Bax indi-indi məlum olur ki, o adam bu sözü məhz özü üçün nəzərdə tutaraq deyibmiş. Eks-spiker artıq bütün hədləri keçib. Nəyə desən, kimə desən münasibət bildirir.- Nədən desən, hardan desən danışır. Bir gün kitab yazır, bir gün qastrola çıxır. Bir gün Azərbaycanda peyda olmaq əvəzinə, gedib tamam başqa bir məmləkətdə zühur edir. Bir gün müxalifəti söyür, onları iqtidara işləməkdə ittiham edir. Bir gün demokrat... Nə bilim, bax, belə. O adamın ruhunda ciddilik yoxdur. Problem budur. Tükənib tamamən.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər