Elşən Musayev Elşad Abdullayevi ifşa etdi: 'Qırxında öyrənənin gorunda çaldığını heçmi eşitmədiniz?'

Elşən Musayev Elşad Abdullayevi ifşa etdi:
Bütün Xəbərlər
00:59 21.09.2012
1804
Elşən Musayev: “Böyük bir insan toplusunun təhsil ümidinin üzərindən məhz Elşad Abdullayevin sayəsində yağlı bir boya ilə qara xətt çəkilib” Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin ötən gün yayılmış açıqlaması artıq öz əhatə dairəsini kifayət qədər genişləndirməkdədir. Məlum olduğu kimi, sabiq rektor millət vəkili Gülər Əhmədova və bir sıra yüksək çinli məmurlara qarşı “rüşvət, adam oğurluğu və bu kimi digər ittihamlar” irəli sürüb. Millət vəkili Gülər Əhmədova isə ilk olaraq məsələyə münasibətini özünün Facebook statusunda ifadə edib və Elşad Abdullayevin bəyanatını ictimailəşdirən jurnalistləri qınayaraq, özünə qarşı qərəzli kampaniyanın başlandığını söyləyib. Eyni zamanda qeyd etmək lazımdır ki, artıq bir çox ictimai-siyasi xadimlər, fəallar mövzu ilə bağlı öz fikirlərini bölüşüblər. Ötən gün Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin Gündem.az saytına verdiyi son dərəcə sərt açıqlama da həmin qəbildəndir: “Çox təəssüf edirəm ki, ictimai-siyasi camiənin və ümumilikdə cəmiyyətin əhəmiyyətli bir kəsimi bu cür həssas məsələlərdə öz mövqeyini ortaya qoymaq üçün heç bir təşəbbüs göstərmir. Ya gecikir, ya da tam əksinə, seyrci roluna üstünlük verərək, sanki proses dünyanın tam başqa bir nöqtəsində cərəyan edirmiş təəsüratını yaradırlar. Oysa ki, iftiraya, mənəvi təqibə məruz qalan Azərbaycanın millət vəkilidir. Həm də xanım millət vəkili. Üstəgəl, bu iftiranın müəllifi də kifayət qədər “tanınmış” şəxsdir – Elşad Abdullayev! Müəmmalı fəaliyyəti, fantastik açıqlamaları, fərqli sərgüzəştləri ilə özünün tam aydın obrazını yaratmağı bacaran həmin Elşad Abdullayev! Haqqında danışılan bəyənatı isə dünən oxudum. Eyni şablonların, abzasların, təfərrüatların sıralanmasını, dəyişməzliyini də anındaca sezdim. Sadəcə, mətnə, o mətnin daha maraqlı olması üçün yeni bir isim əlavə olunmuşdu – Gülər Əhmədova. Siyasətdə “dekor sevənlər“ qrupu var: Hər zaman öz yalanlarına bəzək-düzək vermək xətrinə kreativ formalar düşünürlər. (Elşad Abdullayevə qədər Rəsul Quliyevin timsalında həmin nümunələrə çox rastlamışıq) Hədəf isə cəmiyyət üçün ictimai-siyasi maraq doğuracaq bir şəxs seçilir. Mövzuya impuls və inisiativ vermək üçün. Həm də zərurət yarandıqda, bütün dəyərlər ayaq altına alınaraq! Əslində bəllidir ki, Elşad Abdullayev ömrü boyu siyasiləşə bilməyən bir fiqurdur. Elə bu səbəbdəndir ki, müdafiə kombinasiyalarında çox ciddi boşluqlar buraxır və davamlı olaraq özünü ələ verməkdədir. Təsəvvür edin, söhbət 2 milyon ABŞ dollarından gedir. Və bunu halallıqdan, ədalətdən, təhsildəki uğurlardan danışan biri söyləyir. Ardınca da utanmadan cinayət qanunvericiliyinin tələb etdiyi müddəaları sadalayır. Həm də hüquq elmləri doktoru olaraq! İstintaq orqanı bu cəfəngiyyata nə desin, nə münasibət bildirsin?! Və ya cinayət təqibi, ilkin təhqiqat başlansa, bütün hallarda ilk həbs olunmalı adam (ya yalan ifadəyə ya da rüşvət verdiyinə görə) Elşad Abdullayevin özü deyilmi? Azərbaycan təhsilində semestrdən-semestrə dərsə getməyin, imtahan qabağı ənənəvi “zaçotnik” yığımının, “NB”-yə rəsmi şəkildə tas qoymağın ən müasir, nəzəri əsasları məhz bu insan tərəfindən hazırlanmadımı? Hələ rüşvəti, korrupsiyanı bir kənara qoyuram, hətta kimsənin ağlına gəlməyən bir məqamda orqan mafiyasının işinə qədər bütün dolaşıq mövzularda keçmədimi bu müəmmalı ad? Yoxsa, yalnışmı xatırlayıram? Verilən saxta vədlər, şirin yalanlar ucbatından diplomsuz qalan nə qədər sayda tələbə hələ də öz keçmişlərindəki aldanışdan dad çəkir. Böyük bir insan toplusunun təhsil ümidinin üzərindən məhz Elşad Abdullayevin sayəsində yağlı bir boya ilə qara xətt çəkilib. Gizli, bəzənsə açıq özfəaliyyətin əsiri-yesiri olub insanlar. Bunudamı Gülər Əhmədova edib?! Yoxsa Strasburqda vicdan küləyimi əsir?! Bəlkə hər payızın əvvəli mənəviyyat toxumunun səpinmi vaxtıdır orda?! Ya da adama yaddaşı 5 ildən sonra təzələyən yemək-içmək, azuqə-filan verirlər, xəbərimiz yoxdur?! Nədir səbəb?! Onu deyin. Eyni mövzu, eyni fəsil, eyni iftira… Ölkənin az qala bütün hüquq-mühafizə orqanlarının rəhbər işçiləri, siyasi elitanın demək olar ki, əksər təmsilçiləri, millət vəkilləri, sayılıb-seçilən şəxslər… Hədəf sıralamanız müdhişdir – bunu da üzərindən keçmədən və unutmadan etiraf edim! Amma hara qədər, kimə qədər?! Qırxında oyrənənin gorunda çaldığını heçmi eşitmədiniz?! Ən nəhayət, təəssüf edirəm. Təəsüf edirəm ki, bu hakimiyyətlə olan şəxsi prinsipləriniz, hikkəniz, inadınız bir Azərbaycan qadınına edilən iftira fonunda dövr edir. Bu qədər cılız və adidir yəni?! Amma bir şeyi unutmayın ki, siz bu hakimiyyəti bir zamanlar bizim hamımızdan çox-çox daha gözəl bir şəkildə tərifləyən birisiniz! O əndrəbadi bəyanatınızda adları çəkilən şəxslərin qəbuluna yarım-şaquli vəziyyətdə girən Elşad Abdullayevsiz! 5 ildir ölkədən kənarda yaşamasına rəğmən, 5 milyon dolları hələ də “çay pulu”kimi görən, təqdim edən, qələmə verən insansınız! Bu yola Azərbaycanda Rüstəm İbrahimbəyov yolu deyilir… Yolunuz uğurlu olsun.Azərbaycan Demokratik Maarifçilik Partiyasının
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb