Elşən Musayev: 'Kiminsə təhqiramiz davranışı, nalayiq hərəkəti ilə inqilab olmur'

Elşən Musayev:
Bütün Xəbərlər
17:10 24.01.2013
1492

Adi bir məişət hadisəsinin, konkret və bəlli səbəbdən baş verən münaqişənin şişirdilərək üsyan, inqilab, iğtişaş kimi təqdimatı yalnız və yalnız Azərbaycanı sevməyən destruktiv qüvvələrin, eyni zamanda ən kiçik məsələdən özləri üçün siyasi avantaj əldə etməyə çalışan radikal müxalifətin maraqlarını ifadə edə bilər.

Gun.Az xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev dünən gecə saatlarında İsmayıllıda baş verən olaya münasibət bildirərkən söyləyib.O, daha sonra bunları əlavə edib:Unutmaq lazım deyil ki, bu tipli insidentlərdən heç bir hakimiyyət sığortalanmayıb.Dünyanın istənilən yerində ən lokal, ən kiçik ziddiyyətlər sonradan daha geniş kütlənin prosesə müdaxiləsi ilə müşayiət oluna bilər. Amma bu o demək deyil ki, insanlar həmin addımı siyasi düşüncə ilə atıb və ya baş verən hadisənin kökündə hansısa siyasi ziddiyyət dayanır.İlkin mənzərədən də aydın olur ki, hər hansı bir siyasi şüar və ya tələb həmin qarşıdurmanın predmeti rolunda çıxış etməyib.Hadisənin mənbəyi, baş vermə səbəbi məlumdur. Faktla bağlı müvafiq maddələrlə cinayət işi başlanıb. Artıq təqsirləndirilən şəxs qismində 2 nəfər həbs olunub. Bütün detallar tam təfsilatı ilə araşdırılır. Bu isə o deməkdir ki, hadisənin əsl motiv və məqsədi tez bir zamanda istintaqa bəlli olacaq.Ən kiçik məişət hadisəsini cəmiyyətə inqilab kimi təqdim edən binəvalara isə xatırlatmaq istəyirəm ki, bir avto qəza ilə, kiminsə təhqiramiz davranışı, nalayiq hərəkəti ilə inqilab olmur!İnqilabın baş verməsi üçün yetərli şərtlər lazımdır! Bəlli səbəblər lazımdır! Sosial sifariş lazımdır!Azərbaycanda isə həmin sadaladığım kriteriyaların “devrə”yə girməsi üçün heç bir zəmin və əsas yoxdur!Bu millət, bu xalq öz Prezidentini və onun yürütdüyü siyasəti dəstəkləyir”.

OXŞAR XƏBƏRLƏR