Elşən Musayev müxalifətin mitinqini sünnət toyuna bənzətdi - KÖŞƏ

Elşən Musayev müxalifətin mitinqini sünnət toyuna bənzətdi - KÖŞƏ
KÖŞƏ
23:13 09.04.2012
2136
Elşən Musayev Çox dəyərli dostlarımızdan biri nəql edir ki: ”Demək, 96-cı il, aprel ayının söhbətidir. Geydirmə iqtidaryönlü partiyalardan birinin sədri mitinq üçün meriyaya müraciət edib. Meriya da müsbət cavab verəndən sonra başlayıb hazırlıqlara. Həmin bu hadisəni danışan dostumuzu da 1 gün sonrakı aksiyasına dəvət edərək, dəvətin ardınca bir az da lovğalanıb ki, “Gəl sabah elektorata bax e. Gör qaqavın nə qədər fanatı, pərəstişkarı var”. Məkan da ”Qələbə” meydanıymış. Deyir, təsəvvür elə ay Elşən artıq aksiyanın başlama vaxtıdır. Saat üç tamamdır. Gəlmişəm. Amma ortada üçcə nəfər adam var, Biri mən, biri özü, biri də kamera çəkən. Və anidən meydana elə bir sükut hakim kəsilib ki, kimsə nəsə söyləyib söhbəti ötüşdürə bilmir. Hamı hərəkətsiz vəziyyətdə qalıb. Allah kimsəni o duruma salmasın. Onun biabırçılığı, rüsvayçılığı sanki mənim üstümə hopmuşdu... ”Sakitcə maşına oturub ordan aralandım. Heç sağollaşmadım da. İnanılmaz gərgin bir ortam vardı. Hətta o qədər gərgin idi ki, həmin məqamda əl uzadıb görüşməyin, göz-gözə gəlməyin özü də ayrı bir cəsarət istəyirdi”. Amma demə ki, prosesin ən maraqlı gedişati bundan sonrakı mərhələyə təsadüf edirmiş... Aylar sonra hansısa məclisdə söhbət təsadüfən mitinqdən düşərkən həmin partiya sədri, yanında biabır olduğu dostumuza müraciətən qayıdıb ki, - “Bax bu yoldaş görüb mənim mitinqimi! Ordakı möhtəşəmliyi. Mitinq elə olar e, yoxsa hər yoldan keçən də deyir ki mən mitinq elədim”. Sonra da utanmadan gözlərini müəllimin gözlərinin düz içinə zilləyərək davam edib: ”Ay qardaş, sənə qurban, sən ki Allah şahidisən danış da orda nələr elədiyimi!”. Deyir, çaşdığımdan matım-mutum qurumuşdu! Həyatım boyu belə bir həyasızlığa rastlamamışdım. Bunun tək bir adı var. O şoğərib də nə deyilən şeydi, nə də yazılan! *** Məhləmizdə bir Vadim kişi var. Mitinqin atası, qardaşı, day nə bilim əmisi oğlu ...qısaca hər şeyi odur. Adam elə bil dünyaya “Azadlıq”, ”İstefa” qışqırmaq üçün gəlib. Vəzirov hakimiyyətindən üzü bu yana hamının vaxtında qışqırıb. Hamıya qarşı qışqırıb. Özü demişkən bu artıq onda xobbi xarakterli aludəçilikdir və bəzi köşə yazarları” cuqquş”dan vurmamış qələm tuta bilmədikləri kimi, bu da içməmiş mitinqin ləzzətini ala bilmir. Ən qəribəsi isə odur ki, Vadim mitinqdə nə qışqırırsa evdəkilər də axşam eyni şüar və tələblərlə onun özünə qarşı çıxırlar. Qısaca döyüş alnına yazılıb adamın! Və məncə mitinq qərarı verilən anda kimsə müxalif liderlərə və bu işi təşkil edənlərə Vadim kişinin gəlinindən daha çox dua yağdıra bilməz. Çünki həmin ərəfədə vətənşüvən qaynatanın başı plakat-filan daşımağa qarışdığı üçün gəlinin həyatını müvəqqəti də olsa haram eləmir. Dünən axşam gördüm asiton iyi verə-verə yenə hardansa gəlir. Nəsə soruşmağa macal tapmamış özü qayıtdı ki, ”Mitinqi yuyurduq. Zor keçdi. Müəllim, canım üçün axırınıza az qalıb. Gəlib dərsinizi verəcəyik sizin. Şəxsən mən özüm nazir (!) olan kimi birinci əmrim hamınızı dama basmaq haqda olacaq. Gələcək nazir bütün bunları dedi və nazir səviyyəsinə uyğun 2 dəfə də hıçqırıb getdi. Heç dəyişməyiblər...Və dəyişmək kimi bir arzunun, işartının olmadığı da dəqiqdir. Hamıya aid etmirəm, amma qaraguruh sarıdan gerçəkdən heç problem yaşamadı bunlar. Hər zaman kiminsə yerini dolduracaq kimlərsə tapıldı. Ənənə ölmədi. Ənənə yaşadı. Həmin simalar. Həmin kontingent... Bir zamanlar sünnət toylarında belə, ”Elçibəy-Elçibəy”qışqıran HƏMİN kontingent! *** Yadıma anidən bir əhvalat düşdü. Uşaqlıqda dostumun əmisini ”mənə lətifə danış”-deyə bir gün necə bezdirdimsə adam yadına heç nə sala bilməyib özündən yeni bir lətifə uydurmağa məcbur oldu. Həmin lətifə isə bütün həyatım boyu eşitdiklərimin ən əndrabadisi idi: “Demək bir gün biri dənizə girib başlayır üzməyə. Üzür, üzür, üzür...birdən dənizin ortasında yadına düşür ki, aaa, mən axı üzə bilmirdim və boğulub ölür”. Vəssalam! Hələ uşaq ağlımla fərqinə varmışdım-adam mənimlə konkret məzələnib! Amma illər keçəndən sonra yavaş-yavaş, dünənsə qəflətən anladım ki, ağsaqqalın sözündə əməlli- başlı hikmət varmış. Görən üçün! Belədə ki, əgər 20 il siyasətlə məşğul biriləri həmin siyasətin heç ”S” hərfinə belə dəxli olmadıqlarını anlamadan dəryanın düz ortasında üzməyə davam edirlərsə, başqasının nəyi əksikdir onlardan? İndi noolsun , üzə bilmədiklərini hələ kimsə yada salmayıb?!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub