Düşünürəm ki, Ramiz Zeynalovun Elşad Abdullayevlə bağlı söylədiyi fikirlərin üzərindən sükutla keçmək olmaz.
Ortada konkret ittiham faktı var.Ayrıca, Zeynalovun da naşı hüquqşünas və sıradan bir vəkil olmadığını nəzərə alaraq, haqqında bəhs edilən mövzunun ciddi araşdırma predmeti kimi dəyərləndirilməsi gərəkdiyini düşünürəm.Gün.Az xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev vəkil Ramiz Zeynalovun Elşad Abdullayev barəsində irəli sürdüyü ittihamlara münasibət bildirərkən söyləyib.
Politoloq daha sonra bunları əlavə edib:
“Elşad Abdullayev elə bir tipdir ki, onun nə edə, nə planlaya biləcəyini kimsə təxminləyə bilməz. Çünki üzündə min dənə, milyon dənə maska var.
Onları yırtmaq, əsl Elşad Abdullayevi, həqiqətləri, olub-bitənləri aşkara çıxarmaq hələ güman ki, bəlli bir zaman aparacaq.
Elşad Abdullayev heç bir zaman söylədiklərində və fəaliyyətində səmimi olmayıb.
Təsəvvür edin bu adam xəstəxanada yatan qardaşının ağır vəziyyətini belə video lentə alır. 9 il susandan sonra anidən itmiş digər qardaşını axtarmağa başlayır, öz dili ilə milyoner olduğunu bəyan edir, ittihamlar yağdırır, şantaj edir, yeri-gəldi gəlmədi öz (ya da başqalarının) ssenasiri ilə şoular sərgiləyir.
Cinayət işini siyasətə, siyasəti cinayət işinə qatır. Sonra da deyir ki, qanunvericilik elə getdi, prosessual məcəllə belə gəldi.
Nə deyib inanasan buna? Bu xislətdə, bu ttəfəkkürdə, bu mənəviyyatda olan birinə ümumiyyətlə inanmaq olarmı? Və ya bütün bu gedişat, baş verən proseslər onun göstəricisi deyilmi ki, saxtakarın yekəsi elə Elşad Abdullayevin özüdür?
Təbii, belə olan halda Ramiz Zeynalovun dedikləri qulaq ardına vurula bilməz. Əksinə ortaya qoyulan faktın tam üzərinə gedilməli və ən kiçik ehtimallar belə bütün təfsilatına, ən kiçik xırdalıqlarına qədər dəqiqləşdirilməlidir.
Və, hər kəs əmin olsun ki, Elşad Abdullayevin ifşasına az qalıb. Həm də çox az. Bu adamın yerində oturdulacağı gün uzaqda deyil”