Elşən Musayev sərt danışdı: 'Bacarmırsınızsa meydanı bacaranlara verin'

Elşən Musayev sərt danışdı:
Bütün Xəbərlər
13:56 10.03.2012
1827
“İqtidaryönlü gəncliyin son proseslərdə susqunluğunu heyrət içində izləməyə davam edirəm. Qarşı tərəf gündə bir “oyun çıxarır”, Azərbaycan iqtidarının, ölkənin ən ləyaqətli insanlarının ünvanına təhqirlər, iftiralar yağdırır. Amma “bizimkilər” cavab verməli yerdə, ağzına su alıb oturublar. Sarı simə toxunmaqla heç işləri yox. Hansı birinə də sərgilədikləri mövqe ilə bağlı sual versən” Filan mətbuatı baykot eləmişəm”- cavabını alacaqsan”. AZXEBER.COM-un məlumatına görə, bu statusla politoloq Elşən Musayev facebook sosial şəbəkəsində çıxış edib. O, iqtidaryönlü gəncləri passivlikdə ittiham edib: “Hərçənd öz gül-camalları haqqda ixtiyari bir mətbuat səhifəsində 1 cümləlik yazı getsə, əllərindəki bütün imkanları səfərbər edib, aləmi bir-birinə qatarlar. Odur ki, əzizlərim! Meydandasınızsa görünün! Öz inanclarınız uğruna vuruşun ! Yanımızda olun! Ortaya konkret mövqe qoyun! İlham Əliyevə - onun layiq olduğu şəkildə xidmət edin! Canlı meydanda, debatda, səhnədə rəqibi diz üstə çökdürməyi bacarın!Bacarmırsınızsa meydanı bacaranlara verin! Əgər Prezidentimin, müdafiə etdiyim iqtidarın üzərinə hədyanlar yağdırılan yerdə, məkanda, saytda, qəzetdə bu hədyanların cavabını vermək əvəzinə özümü artistliyə qoyub Azərbaycanın avroatlantik məkana inteqrasiyasından, İranın nüvə silahından, ya da buna bənzər söhbətə dəxli olmayan mövzulardan danışsam bunu mənə nə getdiyim yol bağışlar, nə Allah bağışlar, nə də Heydər Əliyevin müqəddəs ruhu!
OXŞAR XƏBƏRLƏR