Son vaxtlar mətbuatda Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADİP) sədri, seçkilər dönəmində prezident İlham Əliyevin vəkili olmuş Elşən Musayevin yenidən siyasi aktivliyi müşahidə olunur. Hakimiyyətə yaxın mətbu orqanlarda müxalifəti ittiham və hətta təhqir edən Elşən Musayevin aktivləşməsinin səbəbləri haqqında ilginc məlumat yayılır. AZXEBER.COM PİA.az-a istinadən məlumat verir ki, sən demə bir neçə aydır təyinatı yubanan Təhsil nazirinin müavini postuna Elşən Musayev gətiriləcək. Rəhbərlik etdiyi partiyada daha çox ziyalı kəsimin təmsil olunması, müxalifətə qarşı sərt ittihamlarından sonra hakimiyyətin ən yuxarı eşalonunda onun "mükafatlandırılması" qərara alınıb. Müxalifəti söyməyin əvəzində partiya sədrinin bir neçə ay öncə vəzifədən azad edilən Təhsil Nazirinin müavini İsgəndər İsgəndərovun yerinə təyinat alacağı gözlənilir. Bununla bağlı qərarın ayın yaxın aylara təsadüf edəcəyi də gələn xəbərlər arasındadır.AZXEBER.COM portalı məsələylə bağlı Elşən Musayevlə əlaqə saxlayıb. Partiya sədri bu haqda danışmaq istəmədiyini deyib. Qeyd edək ki, Elşən Musayev müxalifətə qarşı ən kəskin və ən radikal partiya sədrlərindəndir.