Azəri-Çex Cəmiyyətinin sədri Elşən Nəzərovun müsahibəsini təqdim edirik:
Elşən müəllim, Çexiya Respublikası Parlamentinin rəsmən Xocalı faciəsini tanıması Sizin üçün gözlənilən bir hadisə idi?
- Təşkilatımızın fəaliyyətini izləyənlərə məlumdur ki, biz artıq 7 ildir ki Çexiyada Xocalı faciəsinin tanınması üçün silsilə tədbirlər keçirdirik. Praqanın mərkəzi Vaçlav meydanı tarixində ilk dəfə idi ki 2007-ci ildə xaricilərdən ibarət bir təşkilat çadır qurmuşdu. Bu da məhz Xocalı çadırı idi. Keçirdiyimiz Xocalı haqda tədbirdə Çexiya Parlamenti Senatının 1-ci müavini cənab Yirji Lişka iştirak edirdi. Biz bu fəailiyyətimizi genişləndirdik vəXocalı ilə Lidiçe Xatirə Kompleksi arasında memorandum imzalandı. Onu qeyd edim kiLidiçe 1942-ci ildə alman faşistləri tərəfindən məhv edilib və bu qəsəbə Çexlər üçün müqəddəs yerdir. 2010-cu ildə isə təşkilatımızın səyi nəticəsində Lidiçe İcra Hakimiyyəti Xocalı küçəsinin açılması haqda qərar qəbul etdi. Bütün bu tədbirlər, apardığımız lobbiçilik işləri və Praqada Azərbaycan Səfirliyinin son illər gördüyü işlərin nəticəsi mütləq bəhrə verməli idi. Ona görə də biz hamımız bu xəbərə sevindik.
Ermənilər tərəfdən bu tədbirlərə və ya qətnaməyə qarşı bir reaksiya oldumu?
- Biz qürbətdə yaşayanlar demək olar ki düşmənlə ön cəbhədə vuruşanlarıq. Konkret olaraq erməni diasporası və Ermənistanın səfriliyi tərəfdən dəfələrlə Azər-Çex Cəmiyyətinə və onun sədrinə qarşı böhtan kampaniyasını hiss etmişik. Hətta Lidiçe şəhər İcra Hakimiyyətinə, ordakı Xatirə Kompleksinə və parlamentin məlum qətnaməsinə görə səfirliyimizə və Praqada 24-25 Fevral 2013 tarixdə keçirilən XocalıyaƏdalət tədbirlərinə qarşı da hücumlar oldu. Ancaq tam əminliklə deyə bilərəm ki, Çexiyadakı diasporamız düşmən diasporasından və lobbisindən həmişə bir addım irəlidə olub.Cənab Səfirin dediyi kimi:ermənilər Çexiya cəbhəsindəki döyüşü uduzublar.
- Elşən müəllim son günlər bəzi saytlarda hüquq müdafiəçisi İ. Cavadovanın ittihamlarına münasibətiniz?
- Onu deyim ki adı çəkilən adamları şəxsən tanımıram. Biz Azərbaycandan 4 nəfərinÇexiya uşaq sanatoriyasında müalicəsini təşkil etdik. 1 ay ərzində həmin uşaqlarpulsuz müalicə aldılar, gündə 5 dəfə yemək və yaşayış yeri ilə təmin olundular. Biz buişi reklamsız və təmənnasız etdik. Bundan sonra digər şəxslər də bizdən xahiş etdilərki sərfəli qiymətlərlə onlara da köməklik edək. Ancaq məlum oldu ki bu insanlarAlmaniyadan qaçqın statusu almaq istəyiblər, ona görə də səfirlik onlara viza verməyib.Avropada turizmlə bağlı qaydalar belədir ki, əgər viza almaq mümkün deyilsə,sanatoriya və hotel bron üçün böyük cərimə tələb edir. Biz çox çalışdıq ki bu adamlarakömək olaq, ziyan çəkməsinlər və ona nail olduq ki həmin Sevda adlı şəxsin ödədiyiməbləği hoteldən alıb qaytara bildik. İndi belə bir böhtan və yalan məlumatların məhzbu günlərdə, bizim Xocalıya Ədalət kampaniyasını uğurla başa vurduğumuz zamandayayılması təsadüf ola bilməz. Fikrimizcə bu Azərbaycan diasporuna və onun artannüfuzuna xələl gətirmək üçün təxribatdır. Buna görə də bu faktın araşdırılması üçün Azərbaycan və Çexiyanın rəsmi orqanlarına müraciət etmişik.