"Çelsi" iki oyunçusu ilə müqaviləni uzatdı

"Çelsi" iki oyunçusu ilə müqaviləni uzatdı
İDMAN
23:52 20.05.2020
1276
İngiltərənin "Çelsi" klubu iki oyunçusu ilə yeni müqavilə bağlayıb.

Bunlar qapıçı Villi Kabalyero və hücumçu Olivye Jirudur. Argentinalı qolkiper və fransalı hücumçu ilə sözləşmə 2021-ci ilin yayınadək uzadılıb.

Kabalyero "Çelsi"yə 2017-ci ilin yayında "Mançester Siti"dən azad agent statusu ilə keçib. Bu mövsüm 38 yaşlı qapıçı Premyer Liqada 4 matça çıxıb və 7 top buraxıb. Jiru isə "zadəganlar"ın heyətinə 2018-ci ilin yanvarında "Arsenal"dan qoşulub. Transfer məbləği 17 milyon avro təşkil edib. 33 yaşlı forvard cari çempionatda 9 oyuna 2 qol vurub.
 
/// Report
OXŞAR XƏBƏRLƏR