"Çelsi"nin yeni transferi: "Siqaret və narkotikə aludə olmuşdum"

İDMAN
14:15 17.02.2020
6385

"Çelsi"nin yeni transferi Hakim Ziyeç xarici mediaya açıqlama verib

AzxeberSport xəbər verir ki, 26 yaşlı futbolçu Hakim Ziyeç həyatında baş verənləri, futbola necə gəldiyini danışıb. Atası mərakeşli, anası niderlandlı olan Hakim, əslində çox çətin yetkinlik dövrü keçirib. O, doqquz qardaşın ən kiçiyidir. Həyatındakı ən çətin dövr isə onun atasını itirdiyi dövrə təsadüf edib.

"Bütün bunlar mənim 10 yaşım olanda baş verdi. Atam ağır xəstəlikdən əziyyət çəkirdi. Artıq yeyə, danışa və gəzə bilmirdi. Daha öncə infarkt da keçirmişdi. 2003-cü ilin dekabrı idi, atamın yanında oturarkən yuxuya getmişdim. Gecə yarısı oyandım və otağıma getdim. Bir neçə saatdan sonra qonaq otağında ailəmin ağladığını eşitdim. Düşdüm və atamın öldüyünü gördüm” - deyə, Ziyeç bildirib.

Məhz bu hadisədən sonra Ziyeç depressiyaya düşüb. O, nəinki məktəbə, hətta sevimli idman növü olan futbola da getməməyə qərar verib. İçki, siqaret və narkotik kimi pis vərdişlərə qurşanıb. Hakimi yenidən həyata qaytaran isə onun özünə müəllim, məşqçi və ata hesab etdiyi Aziz Doufikar olub.

Mərakeş yığmasında da oynamış keçmiş futbolçu, Ziyeçin həmin günləri ilə bağlı bunları danışır: "Hakim yoldan çıxdı. İçdi, siqaret çəkdi, narkotik qəbul etməyə başladı. Amma ona kömək etdim. Futbol oynamaqdan qorxurdu və mən onu buna məcbur etdim. Xoşbəxtlikdən, sonda bunu bacardı”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:15 28.10.2020

Hadrutda qalmış erməni qadın: “Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular” - VİDEO

00:10 28.10.2020

Mehriban Əliyeva Bərdədə həlak olanların doğmalarına başsağlığı verdi

23:35 27.10.2020

Tramp Azərbaycanla Ermənistan arasında atəşkəsin pozulmasından məyus olduğunu açıqladı

23:23 27.10.2020

Ərdoğanla Putin Qarabağı müzakirə etdilər

23:11 27.10.2020

Vuruşmağa adam tapmayan Paşinyan bütün dünya ermənilərinə çağırış etdi

22:58 27.10.2020

Bərdədə həlak olan 8 yaşlı Aysunun azyaşlı bacısı da yaralandı - FOTO

22:40 27.10.2020

Bu gün məhv edilən Arutyunyanın maşınından geriyə qalan - FOTO

22:26 27.10.2020

Türkiyə XİN-dən ermənilərin Bərdəyə hücumuna reaksiya

22:10 27.10.2020

"Ermənilər Allah qarşısında günah işlədiblər, ona görə də müharibə bitmir" - Ermənistanın sabiq baş naziri

21:59 27.10.2020

Leyla Abdullayeva “Haber Global”a erməni terrorçularının Bərdəyə raket hücumu haqqında danışıb - VİDEO

21:35 27.10.2020

Ermənilərin işğal olunan ərazilərdən çıxarkən qoyub getdiyi və yiyə durmadığı qocalar – FOTO

21:27 27.10.2020

Türkiyənin Ədalət və İnkişaf partiyasının sözçüsü: “Azərbaycan Vətən müharibəsi aparır”

21:22 27.10.2020

Ermənilərin bu gün Bərdədə öldürdüyü 7 yaşlı Aysunun - Fotosu

21:17 27.10.2020

Müdafiə Nazirliyi: Azərbaycan ordusu Xocavənd və Laçını atəşə tutmur

21:01 27.10.2020

Ermənistanın sərhəd qoşunlarının qərargah rəisi vəzifədən qovuldu

20:40 27.10.2020

Prezidentin köməkçisi: “Ermənilər bizi vadar edir ki, ordumuz sərhəddə əks-həmlə tədbirləri həyata keçirsin”