Amma onun "ərə" getməsi və surroqat ananın doğduğu oğluna "analıq" etməsi ailə həyatı anlamını büsbütün eybəcərləşdirən məqam sayıla bilər.
"Ana" olsa da, südəmər oğlunun qidaya olan tələbatının ödənməsi problemini həll etməyə çalışan Elton Con çıxış yolu tapıb. O, ana südünü poçtla sifariş edir.
Dördaylıq oğlu, tam adı Zakari Cekson Levon Furniş-Con olan körpə üçün ana südü "FedEx" sürətli poçt xidməti ilə alınır.
Elton Conun dediyinə görə, "ər"i Devid Furniş bu işdən çox razı qalıb.
"Əsas məsələ kiçik oğlumun, körpəmizin özünü əla hiss etməsidir. Mən də Zakarinin bütün ehtiyaclarını təmin etməyə çalışıram. Oğlum mənim fəxrim, ən yaxın dostum və dünyada ən böyük sevincimdir", - 64 yaşlı müğənni deyib.
/// milli.az











































