Elvin Könülü öldürəndən sonra dönər satmağa gedib DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Elvin Könülü öldürəndən sonra dönər satmağa gedib DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
KRİMİNAL
16:15 03.01.2025
1071
Ölümündən 2 ay sonra cəsədi tapılan tələbə Könülü qətlə yetirən şəxsin istintaqdakı ifadəsi məlum olub. Könülün itkin düşməsi xəbərindən sonra sosial şəbəkələrdə onun axtarışına da qoşulan Elvin İsmayılzadənin qətl törətməsi şübhəli hərəkətlərindən sonra üzə çıxıb.

Könül Ağayevanın qətli ötən ilin ən səs-küylü cinayət işlərindən biri idi.

22 yaşlı Könülün itkin düşməsindən sonra onun sonuncu görüşdüyü şəxs kimi 21 yaşlı Elvin İsmayılzadə diqqət mərkəzində idi. Sonda şübhələr gerçəyə döndü.

Könül Lənkəran Dövlət Universitetinin 4-cü kurs tələbəsi idi. Elvin isə Lənkəranda dönərxanada işləyirdi. Onların tanışlığı da elə dönərxanada olub. Aralarında sevgi münasibəti yaransa da sonradan Elvin bu münasibəti davam etdirmək istəməyib. 2022-ci ildəki tanışlıq bir neçə ay davam edib. Elvin əsgərliyə getdikdən sonra onların əlaqəsi bir müddətlik kəsilib.

Elvin əsgərlikdən qayıtdıqdan sonra tiktok sosial şəbəkəsində tanımadığı şəxsin onun şəkillərini paylaşdığını görüb. Həmin şəxsə əlaqə nömrəsini verərək kim olduğunu öyrənməyə çalışıb. Ona zəng edən şəxs Könül olub. Könül Elvinə neçə vaxtdır onu axtardığını deyib. Elvin isə əsgərlikdə olduğunu bildirib. Bundan sonra Könül yenidən Lənkərana gəlib və onlar görüşüb. Qətl hadisəsi də sonuncu görüş zamanı baş verib.

Elvin ifadəsində baş verənləri belə danışıb:

"Könül mən işləyən dönərxanaya gələndə tanış olmuşduq. Axşamlar işdən sonra görüşürdük. 2022-ci ilin martın sonlarında Könülün ciddi münasibət düşünərək ailə qurmaq fikrinin olduğunu gördüm. Mən isə bunu istəmirdim. Könüldən ayrılmaq qərarına gəldim. Müxtəlif bəhanələr gətirərək Könüldən ayrılmaq istədiyimi deyirdim. Könülə yalandan narkoman olduğumu da dedim. Amma Könül məndən ayrılmaq istəmirdi. Sonra mən əsgərliyə gedəndə əlaqə kəsildi. Onunla danışmadıq. Əsgərlikdən gələndən sonra da onunla əlaqə saxlamadım. Sonra dostlarım şəkillərimin tiktokda yayıldığını dedilər. Həmin şəxslə əlaqə saxlayanda Könül olduğunu öyrəndim. Ailəsi ilə problemlərinin olduğunu, ailəsinin onu başqa şəxslə evləndirmək istədiyini dedi. Bildirdi ki, evdən çıxıb, artıq pulu da qurtarıb. Lənkərana gəlib iş axtarmaq istəyirdi. Məni görmək üçün bir günlük Lənkərana gələcəyini dedi. Mən də bunun öz işi olduğunu söylədim”.

Elvin ifadəsində bildirib ki, Könül Lənkərana gələndə dostu Xəyalın evində bir gün qalması üçün ona şərait yaradıb:

"Xəyal işlədiyi restoranda gecələdiyi üçün kirayə yaşadığı ev boş idi. Xəyaldan bir günlük icazə istədim. O da razılaşdı. Xəyal qonşular bilməsin deyə gecələr dəhlizin işığını yandırmamağı tapşırdı. Könül Lənkərana gələndə onu qarşılayıb evə apardım. Mən yaşadığım evə qayıtdım. Onunla telefonla danışırdım. Bir gün keçəndən sonra ondan Bakıya qayıtmasını istədim, amma razılaşmadı. Könül hər telefon danışığında mənimlə mübahisə edirdi. Onu aldatdığımı, sevmədiyimi, intihar edəcəyini və günahkarın mənim olacağımı deyirdi. Mənə psixoloji təsir edirdi. Könülün özünə nəsə edəcəyindən qorxurdum”.

Elvinin dediklərinə görə Könülə nə qədər təkid etsə də Bakıya qayıtmayıb. Dəfələrlə arlarında mübahisə yaşanıb. Bir dəfə də Könül mübahisə zamanı huşunu itirib. Köməyə Xəyal da gəlib. Onlar arasında növbəti mübahisə Könülün kartından pulun çıxarılmasına görə olub. Elvin deyib ki, kartda pul olmayıb. Amma Könül onun kartından pulu Elvinin çıxarmasından şübhələnib və onunla mübahisə edib. Sonra Elvin qardaşlarından borca pul alaraq Könülə verib və onu Bakıya yola salmaq istəyib. Amma Könül yenə də getmək istəməyib.

Elvinin dediyinə görə Könülə yalandan evli olduğunu, uşaqlarının olduğunu deyib. Növbəti dəfə də buna görə mübahisə ediblər.

"Könül yenə də məndən əl çəkmədi. Bıçaqla üstümə hücum etdi. Bıçağı əlindən alıb boynunu əllərimlə sıxdım. Sonra onun hərəkətsiz olduğunu görüb çarpayıya uzatdım. Onun nəbzini yoxladıqda nəbzinin döyünmədiyini gördüm. Ona süni nəfəs verib, ürək masajı etsəm də ayılmadı. Onun öldüyünə əmin oldum. Bir anlıq şoka düşdüm. Otaqdan çıxıb zal ilə evin çıxış qapısına getdim. Könülün özünə gəlib polisə şikayət edə biləcəyini düşündüm”- deyən Elvin naqil götürərək Könülü yenidən boğub və bu dəfə öldüyünə əmin olub.

Hadisədən sonra qardaşlarının yanına gedən, onlara kömək edib dömər satan Elvin Könülün telefonunu da özü ilə götürüb və dənizə atıb.

Baş verənləri dostu Xəyala danışan Elvin ondan kömək istəyib. Xəyal əvvəlcə qorxsa da sonra dostuna kömək etməyi qərarlaşdırıb.

Evə gedərək meyiti nə edəcəklərini planlaşdırıblar. Meyiti başqa yerə apara bilməyəcəklərini düşünüblər. Buna görə də zirzəmidə basdırmağa razılaşıblar. Zirzəmini qazan zaman Elvinə qardaşı zəng edib. Qardaşının yanına gedən Elvin dönərxanada onlara kömək edib və bir müddət sonra yenidən qayıdıb. Ona qədər isə Xəyal yeri qazmağa davam edib.

Elvin geri qayıdandan sonra birlikdə meyiti qazılan yerə gətiriblər. Basdırdıqdan sonra həmin hissəyə xalça səriblər. Sonra da stol və divan da gətirərək həmin otağa qoyublar ki, diqqət çəkməsin.

Könülün əşyalarını zibil qutusuna atıblar, şəxsiyyət vəsiqəsini isə yandırıblar. Bir-birlərinə də diqqət çəkməməklə bağlı xəbərdarlıq ediblər.

Könülün itkin düşdüyünü bilən ailəsi Elvinlə əlaqə saxlayıb. Elvin Könüldən xəbərinin olmadığını deyib. Hətta Könülün nənəsi ilə Bakıda da görüşüblər. Sonra polisə məlumat verilib. Xəyalla Elvin əvvəlcədən razılaşdıqları kimi polisə ifadə veriblər. Hətta polis Könülün öldürüldüyü evə də gəlib. Amma ilk baxışda şübhəli heç nə diqqət çəkməyib.

Elvin bundan sonra özünü şübhələndirməmək üçün Könülün fotolarını sosial şəbəkələrdə paylaşaraq guya onu axtardığını qeyd edib.

İfadəsinin sonunda Elvin əməlindən paşman olduğunu, sadəcə, anasının səhhətinə görə qətli gizlətdiyini deyib. Sonra isə polis əməkdaşları onun şübhəli hərəkətlərindən cinayətin üstünü aça biliblər.

Qeyd edək ki, Elvin Cinayət Məcəlləsinin 120.2.9 (köməksiz vəziyyətdə olan adamı öldürmə) və və 326-cı (rəsmi sənədləri məhvetmə) maddələri ilə təqsirli bilinərək 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
///Musavat.com 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ürəyi xəstəliklərdən qoruyan ucuz məhsul AÇIQLANDI
17:29 07.06.2025
Ürəyi xəstəliklərdən qoruyan ucuz məhsul AÇIQLANDI
Ukraynada iki nəfər dəniz minasının partlaması nəticəsində həlak olub
17:18 07.06.2025
Ukraynada iki nəfər dəniz minasının partlaması nəticəsində həlak olub
Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır
16:55 07.06.2025
Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
16:27 07.06.2025
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
16:17 07.06.2025
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
16:03 07.06.2025
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
15:45 07.06.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
15:16 07.06.2025
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
15:09 07.06.2025
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb