Azərbaycan milli komandasının futbolçusu Elvin Məmmədov yeni mövsümdən “zolaqlılar”ın şərəfini qoruyacaq.
Ağdamın “Qarabağ” klubu ilə müqaviləsi yayda başa çatan 23 yaşlı yarımmüdafiəçi “Qəbələ” ilə “Bakı” arasında seçim edərək, paytaxtda oynamağa üstünlük verib. Tərəflər artıq keçidlə bağlı razılığa gəliblər.
Qeyd edək ki, Elvin Premyer Liqada 133 matça 10 qol vurub. Bunlardan 57 oyun və 2 qol son 2 mövsümdə şərəfini qoruduğu “Qarabağ”ın heyətində olub.
Elvin bundan başqa “Turan” və “İnter”in də şərəfini qoruyub. Azərbaycan milli komandasında isə 24 oyuna 7 qol vurub.
Apasport