Əlövsət Osmanlı Bulvarda gəzərkən qəflətən vəfat edib

Əlövsət Osmanlı Bulvarda gəzərkən qəflətən vəfat edib
Bütün Xəbərlər
14:00 08.09.2013
2670

Tanınmış təhsil eksperti Milli Parkda gəzişərkən anidən ürək tutmasından dünyasını dəyişib

Tanınmış təhsil eksperti Əlövsət Osmanlı dünən axşam saatlarında qəflətən vəfat edib. Əlövsət Osmanlı dünən Milli Parkda gəzişərkən anidən ürək tutmasından dünyasını dəyişib. Mərhum Bakıda- Hövsan yaxınlığındakı qəbirstanlıqda dəfn olunacaq. Əlövsət Osmanlının yas mərasimi “28 may” metrosunun yeni tikilmiş çıxışı yaxınlığında veriləcək.

Qeyd edək ki, fizika-riyaziyyat elmləri namizədi Əlövsət Osmanlı 9 iyun 1956-cı ildə Gürcüstan Respublikasının Dəmirli kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) mexanika-riyaziyyat fakültəsini bitirib. Azərbaycan, rus və gürcü dillərində nəşr olunmuş 50-yə yaxın dərslik və dərs vəsaitlərinin müəllifidir. Təhsillə bağlı bağlı geniş tədqiqat işləri aparıb. Ailəlidir. 1 oğlu və 1 qızı var. Allah rəhmət eləsin!

OXŞAR XƏBƏRLƏR