"AFFA yanında Media Komitəsinin yaradılması təşəbbüsü bizim tərəfimizdən irəli sürüldü. Komitə 2 il fəaliyyət göstərdi. Onlara müstəqil fəaliyyət üçün imkanlar yaratdıq. Sonra isə gördük ki, həmkarların özləri arasında problemlər yaranıb. Nəticədə qərara alındı ki, yeni konsepsiya yaradılsın".
Bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.
O, Nazirliyin təşəbbüsü ilə yaradılan qurumun uğurlu qərarlar çıxaracağına inandığını bildirib: "2018-ci ildə bununla bağlı ilkin fikirlər eşitdik. Düşündük ki, nazirlik nəzdində belə qurum yaradılırsa, AFFA-nın buna müdaxiləsi düzgün olmaz. Müraciət olundu ki, Firuz Abdulla yeni federasiyada təmsil olunsun. Biz də razılıq verdik. AİJF üzvləri, Yeni üzvləri təbrik edirəm".
"O mediaya üstünlük veririk ki, etik normalara uyğun fəaliyyət göstərir, sağlam tənqidə savadı və mədəniyyəti, davranışı çatır. Onları gələcəkdə də səfərlərə dəvət edəcəyik. O media ki, təhqirlərə, yalan məlumatlara yol verir, onları milli komanda ilə birgə səfərdə görmək istəməzdik. Çünki sonra yığma rəhbərliyi AFFA rəhbərliyinə irad tutur. Hazırda yalnız əsas milli ilə səfərlərə imkanımız çatır. Medianı dəstəkləməkdə davam edəcəyik" - E.Məmmədov sözlərinə əlavə edib.