07:40 Bazar Ertəsi, 18 Noyabr 2019
İDMAN

Elxan Məmmədov UEFA-nın baş katibi ilə dron problemini və VAR sistemini müzakirə etdi

13:00, 16.10.20196581
Elxan Məmmədov UEFA-nın baş katibi ilə dron problemini və VAR sistemini müzakirə etdi
İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında AFFA-nın baş katibi Elxan Məmmədov Avropa futbol təşkilatındakı həmkarı Teodor Teodoridislə görüşüb. Görüşdə bir sıra məsələlər müzakirə olunub.
 
AZXEBER.COM xəbər verir ki, Elxan Məmmədov Avropa və dünya çempionatlarının seçmə mərhələ oyunlarında VAR sisteminin tətbiq olunmasını təklif edib.
 
T.Teodoridis bildirib ki, bu ilin noyabr ayının sonunda Buxarest şəhərində UEFA-nın üzvü olan bütün Milli Assosiasiyaların rəhbərləri ilə keçiriləcək ənənəvi görüşdə UEFA prezidenti Aleksander Çeferinin təşəbbüsü əsasında bu məsələ ətrafında fikir mübadiləsi aparılacaq, prezentasiya təqdim olunacaq və seçmə mərhələ qarşılaşmalarında VAR-ın mümkün olub-olmaması müzakirəyə çıxarılacaq.

UEFA-nın baş katibi ilə müzakirə olunmuş digər məsələ oyunlar zamanı stadionların üzərində idarə olunan uçuş aparatlarının – dronların istifadəsi ilə bağlı olub və bildirilib ki, təhlükəsizlik baxımından bu kimi hallara xüsusi diqqət yetirilməlidir.

Daha sonra Elxan Məmmədov Avro 2020-nin Bakıda keçiriləcək 4 oyununa hazırlıqla bağlı UEFA-nın baş katibinə ətraflı məlumat verib.
XƏBƏR LENTİ